27.05.2014. - Cümhuriyyət generallarının xatirəsi niyə əbədiləşdirilmir?

27.05.2014. - Cümhuriyyət generallarının xatirəsi niyə əbədiləşdirilmir?Müstəliq Azərbaycan ordusunun yaradılmasında böyük əməyi olan generallarımızın adının əbədiləşdirilməsi bir müddət müzakirə mövzusu olsa da, bu istiqamətdə konkret işlər görülmədi. Müzakirələr zamanı edilən təkliflər elə təklif olaraq da qaldı.

Bir gün sonra Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 96 ili tamam olacaq. Elə müstəqil Azərbaycan ordusunun yaranmasından da 96 il ötəcək. Bu ordunu quranların - general Əliağa Şıxlinski, Səməd bəy Mehmandarovun və digər generallarımızın cumhuriyyətin yaranması günü yada salınması gözlənilən idi. Amma bu gözləntimiz özünü doğrultmadı.

Tədqiqatçı-jurnalist Şəmistan Nəzirli deyir ki, hər gün bir bəhanə ilə 12 generalımız məhv edildi. “12 generalımızın bu gün qəbri yoxdur, kimlər idi onlar. Deyim sizə kimlər idi? Əbdülhəmid bəy Qaytabaşı, Haşım bəy Vəzirov, Firudin bəy Vəzirov, Qacar qardaşları, üç qardaş birdən güllələdilər və Məmməd bəy Sulkeviç, baş qərargah rəisi. Bunlar əvəzolunmaz şəxsiyyətlər idi”.

Çünki ən azından 28 may münasibətilə generalların muzeylərdə keçdiyi həyat yoluna aid sərgisi təşkil olunmalı, onlarla bağlı tədbirlər keçirilməli idi. İlk öncə belə bir istəyin olub-olmadığını Azərbaycan Hərb Tarixi Muzeyindən soruşduq. Öyrəndik ki, muzeyin bu cür tədbirin keçirilməsilə bağlı heç bir planı yoxdur. Həmçinin Dövlət Bayrağı Muzeyi də yaxın iki gündə generallarla bağlı hər hansı bir tədbirin keçirilməsini planlaşdırmır. Baxmayaraq ki, bir il əvvəl ANS generalların adının əbədiləşdirilməsi məsələsini gündəmə gətirəndən sonra Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin məzarüstünün, eləcə də 12 generalın şərəfinə abidənin qoyulması üçün heykəltəraşların konkret təklifi olsa da onlara bu işi reallaşdırmaq üçün göstəriş verilmədi.

Xalq rəssamı Xanlar Hüseynov deyir ki, "Heykəlin kimin tərəfindən düzəldilməsindən asılı olmayaraq, mən şərəf duyaram ki, bu dahi şəxslərin heykəlləri qoyulsun. Bunların adına parklar da, bağlar da salmaq olar. Generalların hər birinə fərdi şəkildə münasibət bildirməliyik”.

Bu məsələ ilə bağlı Milli Məclisdə parlamentarilərin çıxışlarını da eşidən olmadı. Yalnız may ayının əvvəlində Müdafiə Nazirliyi tərəfindən general Əliağa Şıxlinskinin xatirə gecəsini keçirməklə kifayətləndi
.






Fikirlər