Tramp Hillarinin ailəsini dağıtdı - BOŞANMA

Tramp Hillarinin ailəsini dağıtdı - BOŞANMA

ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi Hillari Klinton əri, keçmiş prezident Bill Klintondan ayrılır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın "Christian Times Newspaper” qəzeti yazıb.
Nəşrin yazdığına görə, xanım Klinton boşanma üçün sənədlərinin artıq məhkəməyə verib. "Christian Times Newspaper” sübut olaraq boşanma haqqında iddia ərizəsinin şəklini dərc edib. Lakin nəşr iddianın məhz nə vaxt qaldırıldığını bildirməyib.
Qəzet yazır ki, ABŞ-ın sabiq dövlət katibi 1975-ci ildən nikahda olduğu ərindən barışmaz fikir ayrılıqlarına görə boşanmaq istəyir. Məhz Bill Klinton iddiada cavabdeh kimi yer alıb, Hillarinin imzası "iddiaçı” qrafasındadır.
"Christian Times Newspaper” iddia edir ki, cütlük çoxdan ayrı-ayrı yaşayır. Boşanma onların mülk mübahisələrini nizama salmalıdır.
Klintonların özləri boşanma haqqında şayiələri heç vaxt şərh etmirlər.
Qeyd edək ki, Hillari Klinton noyabrın 8-də keçirilən prezident seçkilərində respublikaçı Donald Trampa məğlub olub. Ehtimallara görə, məğlubiyyət xanım Klintonun boşanma haqqında qərarına təsir edib.

 






Fikirlər