Bu günün tarixi (01.06.2014)
1804 – rus bəstəkarı Mixail Qlinka anadan olub.
1815 - Napoleon Fransa konstitusiyasına sədaqət andı içib.
1841 - fransız ixtiraçı Nikolya Apper vəfat edib.
1911 - Türk Hava Qüvvələri yaradılıb.
1926 – amerikalı aktyor Merilin Monro anadan olub.
1937 – amerikalı aktyor Morqan Frimananadan olub.
1947 - Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Ziyadxan Cəbrayılov anadan olub.
1952 – türk futbol məşqçisi Şenol Günəş anadan olub.
1952 – Almaniyanın paytaxtı Berlin iki hissəyə ayrıldı.
1962 – Nasist zabit Adolf Eyhman İsraildə edam olundu.
1973 – Yunanıstanda monarxiya ləğv edildi və respublika elan olundu.
1980 – Azərbaycanlı boksçu Ağası Məmmədov anadan olub.
1980 – CNN yayıma başladı.
1992 - Azərbaycan Respublikası Lüksemburq ilə diplomatik əlaqələr qurub.
1992 - Roma şəhərində ATƏM-in (1995-ci ildən ATƏT) himayəsi altında Qarabağ nizamlanması üzrə ilk danışıqlar başlanıb. Müzakirələrdə Azərbaycan və Ermənistanla yanaşı, Minsk qrupunda təmsil olunan ölkələrin (Rusiya, ABŞ, İtaliya, Almaniya, Çexoslovakiya, İsveç, Fransa, Türkiyə, Belarus) nümayəndələri iştirak edirdilər. Bu format barədə razılıq həmin ilin martında ATƏM rəhbərliyinin Helsinki toplantısında əldə olunmuşdu.
1997 - ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistana kompleks plan təklif etdilər. Bu, beynəlxalq vasitəçilərin Qarabağ nizamlanmasına dair tərəflərə rəsmən təqdim etdikləri ilk plan idi. Təklifin başlıca ideyası iki əsas məsələ ilə bağlı paralel danışıqların aparılmasından ibarət idi: işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi. Azərbaycan "paket həll" planını bəzi istisnalarla qəbul etdi, Ermənistan isə ondan imtina etdi.