Sabir Rüstəmxanlı xanımına şeir YAZDI: “Yaşını demə”
Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı həyat yoldaşı, ictimai fəal Tənzilə Rüstəmxanlının ad gününü ona illər öncə yazdığı şeirlə təbik edib. AzerTaym.az saytı şairin indi ictimailəşdirdiyi şeirini təqdim edir: Ad günün mübarək sevincim, dərdim, Bəlkə məzarıma soyuq daş gəldin Nə qədər nəğməm var, oxunur sənə, Məni bəxt atına mindirib bəlkə, Ruhumu dincəldir bu ev, bu otaq, Könlüm sənindirsə, dilin fərqi yox,
Tənzilənin ad gününə
Bu günə ən gözəl duyğumu verdim,
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!
Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Nə zaman gəldinsə mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!
Həsrətim sel idi axını sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!
Günəş şəfəqindən endirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!
Qanımı qaynadır, səndən hər soraq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!
Sevgi yaşayırsa ilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!
28 noyabr,1996.
(Çətin ömür yolumın etibarlı yoldaşı, əziz Tənzilə xanım, doğum günün dolayısıyla Səni təbrik edirəm. Nə yaxşı ki, bu şerin yazıldığı gündən keçən iyirmi il heç nəyi dəyişə bilməyib; nə Səni, nə bu misraları doğuran duyğuları...).