Ərdoğanla Putin Suriya problemini müzakirə ediblər

CUMHURBASKANI TAYIP ERDOGAN, PUTINLE TELEFON KONUSMASI YAPTI

Putin Kayseridə baş vermiş terror aktında ölənlərlə bağlı həmkarına başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Məlumata görə, hər iki dövlət başçısı Hələbdə baş verən hadisələr də daxil olmaqla, Suriyadakı son vəziyyəti müzakirə ediblər.

Hələbdəki təxliyə işlərinin diqqət mərkəzində olduğu danışıqlarda müxalifət rəsmilərinin Əsəd təmsilçiləri ilə görüşdürülməsi də müzakirə mövzusu olub.

Vladimir Putin Kayseridə baş vermiş terror aktında ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib.

 






Fikirlər