ABŞ-ın Ankaradakı səfirliyi önündə atəş açıldı

ABŞ-ın Ankaradakı səfirliyi önündə atəş açıldı

Naməlum şəxs ABŞ-ın Ankaradakı səfirliyi qarşısında atəş açıb.


Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn polis naməlum şəxsi tərksilah edərək həbs edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi hadisənin səfirliyin girişində baş verdiyini bildirib: “Hadisə zamanı zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır”. 

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.

 






Fikirlər