Baş nazirimizin soyadını necə yazaq? - Rasizadə, yoxsa RASİ-ZADƏ...
Azərbaycan tam müstəqil dövlət olsa da, sovetlərin soyadlarımıza hopdurduğu “-ov”, “-yev” sonluqlarından bir türlü xilas ola bilməmişik. Sovet dövründə təhsil alanların əksəriyyəti soyadlarının yeni sonluqlarla təqdim edilməsini qəbul etmirlər. Digər tərəfdən isə 2000-ci ildən sonra dünyaya gələn uşaqların soyad sonluğu milli üslubda təqdim olunur. Azərbaycanda “-zadə” soyad sonluqlarına da münasibət birmənalı deyil. Deyirlər ki, bu sonluq farslarla bağlı olduğundan milli soyad sonluğu sayıla bilməz. Nazirlər Kabinetinin rəsmi sənədlərində isə Baş nazirin soyadı defislə (Rasi-zadə) yazılır. Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, deputat Nizami Cəfərov Modern.az saytına açıqlamasında “-zadə” sonluğu ilə bağlı səslənən fikirlərin izahını bu formada verib. “-zadə” sonluğu fars mənşəlidir. O zaman tövsiyələr hazırlayıb müzakirələr aparanda ilk dəfə “-zadə” sonluğundan imtina etdik. Lakin sonra bir daha təhlillər apardıq. Məlum oldu ki, “-zadə” sonluqlu soyad daşıyanlar kifayət qədər çoxdur. Eyni zamanda, klassiklərimizin də soyadında bu sonluq mövcud olub. Baxmayaraq ki, “-zadə” fars mənşəli şəkilçidir, farslardan daha çox bu gün bu sonluğu azərbaycanlılar daşıyır. Artur müəllimin soyadına gəlincə, deyə bilərəm ki, onun soyadındakı “-zadə” sonluğu rəsmi olaraq defislə yazılır. Çox güman ki, onun sənədlərində də bu, belədir. “-zadə” sonluğunun ayrı yazılması hallarını tez-tez müşahidə etmək olur. Görünür, bu, rusdili orfoqrafiyasının təsirindən irəli gəlir və bu şəkildə davam edir. Çox böyük alimimiz olan Lütfi Zadənin də soyadında “-zadə” sözü ayrı yazılır. Amma Azərbaycan dilinin qayda-qanunlarına görə “-zadə” sonluğu bitişik yazılmalıdır”. Deputatın sözlərinə görə, “-ov”, “-yev” siyad sonluqları ilə bağlı insanlara sərbəstlik verilib. “Soyadlarda “-ov”, “-yev” sonluqları ilə bağlı neçə il bundan qabaq AMEA-nın xüsusi komissiyası işləyib tövsiyələrini verdi ki, rus mənşəli “-ov”, “-yev” soyadları bütövlükdə yığışdırılsın. Tövsiyədə bildirilirdi ki, “-ov”, “-yev”in əvəzinə “-lı”, “-li”, “-oğlu”, “-soy” forması soyad sonluğu olsun. Ya da soyad şəkilçisiz olsun. “Artıq 60 yaşıma yaxınlaşıram. Belə müzakirələr, tövsiyələr olub. Amma ta əvvəldən bu soyadla tanınmışam. Düşünürəm ki, mənim üçün soyad sonluğunu dəyişmək gecdir. Çünki bir çox sənədlər var ki, onları dəyişməyə lüzum görmürəm. Yenə də təkrar edirəm. Kim dəyişirsə, bu, çox yaxşı haldır. Eyni zamanda, burada söhbət gələcək nəsillərdən gedir. Eyni zamanda, mövcud olan soyadları kiməsə zorla dəyişdirtdirmək də olmaz”.
“-zadə” soyad sonluğundan söz düşmüşkən, bəzən bu sonluğu daşıyanlar onu soyaddan defislə ayırırlar. Bu isə həmin soyadı yazanlarda əməlli-başlı çaşqınlıq yaradır. Məsələn, Baş nazir Artur Rasizadənin soyadında bu hal müşahidə olunur. Baş nazirimizin soyadı bir yerdə Rasizadə, digər yerdə Rasi-zadə kimi yazılır.
İş o yerə çatıb ki, Baş nazirin soyadı ilə bağlı çaşqınlıq hətta rəsmi qurumlara da sirayət edib. Məsələn, rəsmi mətbuat – “Azərbaycan” qəzeti, AZƏRTAC dövlət agentliyi Artur müəllimin soyadını gah Rasizadə kimi, gah Rasi-zadə kimi yazır. Bunu həmin media orqanlarının internet səhifələrinə baxmqla görmək olar.
Bu qarşıqlıq elə digər mətbu orqanlarda da gözə dəyir.
Maraqlıdır, hansı düzgün yazılış qaydasıdır? Rasizadə, yoxsa Rasi-zadə? “-zadə” sonluğu soyada bitişik yazılmalıdır, yoxsa defislə?
Daha sonra “-zadə” sonluğu ilə bağlı müəyyən mübahisələr ortaya çıxdı və bu təkliflər müzakirəyə verildi. Hələ də “-ov”, “-yev” üzərində müzakirələr davam edir.
Soyad məsələsi ilə bağlı insanlara sərbəstlik verildi. Məsələ ondan ibarətdir ki, müstəqilliyimizin 25 illiyini arxada qoymuşuq. Yenə də “-ov”, “-yev” sonluqlu soyad çoxluq təşkil edir. Bu da belə təsəvvür yarada bilər ki, biz “-ov”, “-yev” sonluğundan imtina etmək istəmirik. Əslində elə deyil. Bu, texniki olaraq davam edir”.
Nizami Cəfərov öz soyadının “-ov” sonluğundan imtina niyə etmədiyi haqda sualımıza belə cavab verib.