19.07.2014- 18 yaşlı qıza təcavüz etməkdə adı hallanan direktor danışdı

19.07.2014- 18 yaşlı qıza təcavüz etməkdə adı hallanan direktor danışdıHaqqımda yazılan xoşagəlməz xəbərlər qərəz və böhtandan irəli gəlir. Çünki rəhbərlik etdiyim məktəbin məzunları arasında Prezident təqaüdü alanlar var. Köçkün məktəbinin İsmayıllı rayonunda yüksək mövqe tutması Kürtmaşı kəndində yerli məktəbdə qıcıqla qarşılandığına görə məni gözdən salmaq üçün belə rüsvayedici xəbər yayılıb”.

Bunu bir neçə gün öncə portalımızda haqqında məlumat gedən və tutduğu əməlilə rayonda cox ciddi səs-küyə səbəb olmuş İsmayıllı rayonu Kürtmaşı kəndində məskunlaşan Ağdam rayonu 30 saylı məktəbinin direktoru Zahid Namazov deyib.
Onun sözlərinə görə, kənd sakini olan 18 yaşlı qıza təcavüz barədə yazılanlar böhtandır: “Həmin qız zəng edib bizdən kömək istədi. Dedi ki, anası onu nişanlayıb, qız toyu olub, amma o, başqasını istəyir, ona kömək edim. Ona məsləhət verdim ki, agsaqallarına, əmisinə, öz qohumlarına desin. Yoldaşımla mən ona təklif etdik ki, qızın anası ilə danışaq, razı olmadı, yalvardı, ağladı. Psixoloji durumu da çox pis idi. Bir neçə gün sonra o, yenə zəng etdi ki, Bakıya qaçıb, amma hara gedəcəyini bilmir. Yoldaşım məsləhət bildi ki, Bakıda "20 Yanvar" metrosu yaxınlığında yaşayan qaynımın evinə göndərək, şəhər yeridir, nabələd uşaqdır. O da gedib qaynımgilə. Qız Bakıya gəldiyi günü yox, səhəri günü anasına zəng edib. Ona görə də anası polisə xəbər verib. Biz də bundan xəbər tutandan sonra polislə, icra hakimiyyəti ilə əlaqə saxladıq, məsələ barədə məlumat verdik”.

Hadisənin sonrakı təfsilatını danışan Zahid Namazovun qaynıının həyat yoldaşı Rəxşəndə Mehdiyevanın bildirdiyinə görə, qızı onlara taksi sürücüsü olan həyat yoldaşı gətirib: “Zahid Namazov baldızımın yoldaşıdır və o kəndə gəlmə olmasına baxmayaraq, hörməti olan bir adamdır. O kənddə iki atasız qıza himayə durub və onlar bu gün ailə-uşaq sahibidirlər. Bu qız da ona görə ondan kömək istəyib. Qız bizə gələndə titrəyirdi, deyirdi, anası onu istəmədiyi oğlanla evləndirmək istəyir. Psixoloji vəziyyəti çox acınacaqlı idi. Özünü öldürə bilərdi. Yoldaşımla biz onu dilə tutduq, nə illah etdik, anasına zəng etmədi. Mən özüm ibtidai sinif müəlliməsiyəm, iki övladım var, ona da öz övladım kimi qayğı göstərdim ki, vəziyyəti düzəlsin. Əsəbləri soyuyandan, sabahı gün özünə gələndən sonra anasına zəng etdirdik. Zahid müəllim də sağ olsun ki, köməyə ehtiyacı olan atasız bir qızı bizim ailəyə yönəldib, Bakı şəhərinə qaçıb gələn bir qız tanımadığı bir şəhərdə pis adamlarla da rastlaşa bilərdi. Şükürlər olsun ki, hər şey yaxşılıqla qurtarıb”.



"AzerTaym.az"






Fikirlər