Keçmiş baş prokurordan baş nazirə ağır İTTİHAM...

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 20 yanvar faciəsinin səbəbkarlarından birinin də Azərbaycanın hazırkı baş naziri Artur Rasizadə olduğunu deyib.

Partiya sədrinin sözlərinə görə, Rasizadə Moskvaya məktub yollayaraq Sovet qoşunlarını Azərbaycana dəvət edib. 

AzerTaym.az xəbər verir ki, məsələ ilə bağlı Moderator.az -a danışan Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov Hafiz Hacıyevin dediklərinin həqiqət olduğunu deyib:
“Mən Azərbaycanın baş prokuroru olduğum dövrdə 20 yanvarla bağlı cinayət işi açılmışdı. Məsələ Milli məclisdə müzakirə olunurdu. İclas dövlət televiziyası ilə canlı yayınlanırdı. Mən Artur Rasizadənin məlum məktubunu müzakirələrə təqdim etdim. Məktubun mətni də yadımdadır. Azərbaycanın hazırkı baş naziri SSRİ-nin daxili işlər nazirinə ünvanladığı məktubda bildirirdi ki, Sumqayıtda erməniləri öldürürlər, bunun qarşısını almaq üçün Azərbaycana SSRİ qoşunları yeridilsin. Buna görə də Hafiz Hacıyevin dediklərinin həqiqət olduğunu bildirirəm. Göründüyü kimi belə adamlar hazırda ölkədə mühim vəzifə sahibidir. Əsl Heydər Əliyev tərəfdarları isə kənarda qalıblar.”






Fikirlər