Heydər Əsədov Dövlət Fitosanitar Xidmətini NECƏ CANLANDIRDI? Və ya kənd təsərrüfatı sahəsindəki parlaq dəyişikliklərin BARİZ NÜMUNƏSİ!

 Image result for heydər əsədov

 Vaxtilə neftlə bərabər, kənd təsərrüfatı sahəsində də böyük uğurlara imza atmış Azərbaycan, son illərdə bu sektordakı əvvəlki nailiyyətlərini təkrarlamaq istiqamətində ciddi addımlar atır. Ölkə rəhbərliyinin kənd təsərrüfatını dirçəltmək istiqamətində düşünülmüş, məqsədyönlü siyasəti real bəhrəsini verməkdə, aqrar sektoru post-neft dövründə Azərbaycanın ən əhəmiyyətli gəlir qaynaqlarından birinə çevrilməkdədir.

Xüsusilə Heydər Əsədovun  kənd təsərrüfatı naziri təyin edilməsi ölkəmizdə sözügedən sahənin həqiqi yüksəlişi baxımından müstəsna rol oynayır.

Heydər müəllim bu vəzifəyə təyin edilərkən üzərinə necə mühüm missiya düşdüyünün yaxşı fərqində idi, ona görə də elə ilk günlərdən atdığı addımlarla – istər struktur, istərsə də kadr islahatları ilə məsul olduğu sektorun Azərbaycan iqtisadiyyatındakı ənənəvi payını geri qaytara biləcəyinin anonsunu vermiş oldu.

İndi əminliklə demək olar ki, Heydər Əsədovun nazir təyinatı Kənd Təsərrüfatı Nazirliyi sistemində müsbətə doğru çoxsaylı dəyişiklərə və nəticələrə rəvac verib. Xüsusiilə 2016-cı ilin ölkəmizin kənd təsərrüfatında dönüş ili olduğu, təkcə istehsalda deyil, ümumiyyətlə, aqrar sektoru əhatə edən bütün sahələrdə inkişaf müşahidə olunduğu danılmaz faktdır.

Bu sırada nazirliyin tabeliyindəki Dövlət Fitosanitariya Xidmətinin fəaliyyətini ayrıca qeyd etməyə ehtiyac var. Sözügedən qurum son iki ildə sözün yaxşı mənasında xeyli dəyişib,dirçəlib və Azərbaycanın aqrar sektorunun canlanmasında layiqli sözünü deməyə başlayıb.

Related image

Hələ ötən ilin avqustunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 2016-cı ilin birinci yarısında fəalliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlum olmuşdu ki, fitosanitar nəzarətin yeni modelinin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ilin ilk altı ayında büdcədənkənar daxilolmalar 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə, 2007-2013 cü illərdə ümumilikdə daxil olmuş vəsaitdən isə 1,3 dəfə çoxdur.

Bu rəqəmlərin özü də Heydər Əsədov kimi yüksək intellektə malik, bacarıqlı və professional şəxsiyyətin kənd təsərrüfatı sahəsinə rəhbər təyin edilməsinin nə qədər doğru addım olduğunun isbatıdır. Heç bir mübahisəsiz və mübaliğəsiz demək olar ki, Heydər müəllim bütövlükdə aqrar sektorun inkişafına nail olduğu kimi, sözügedən Dövlət Xidmətinin də yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etməyə nail olub.

Bu qurumun gərgin əməyi və şəffaf fəaliyyəti nəticəsində respublika ərazisində ilk dəfə 2014-cü ildən başlayaraq karantin tətbiq edilən zərərəli orqanizimlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təcrid və ləğvedici tədbirlər üzrə milli proqramlar uğurla davam etdirilir. Ötən ilin ilk yarısını yekunlarına görə, təkcə kartof güvəsinə qarşı respublikanın qərb və cənub bölgələrində həyata keçirilən təcrid və ləğvedici tədbirlər nəticəsində kartof güvəsinin vurduğu itkinin miqdarı 90 faizə qədər azalıb.

Bu olduqca mühüm nailiyyətdir və Dövlət Fitosanitariya Xidmətinin fəaliyyətində ciddi müsbət dönüşlərin yarandığının təsdiqidir. Hansı ki, həmin müsbət dönüşlər bütövlükdə Azərbaycanın kənd təsərrüfatının tərəqqisinə, deməli, həm də küll halında ölkə iqtisadiyyatının yüksəlişinə əvəzsiz töhfədir.

Son illərdə adıçəkilən Dövlət Xidməti Şəki-Zaqatala bölgəsində taxıl sahələrinin, Gəncə-Qazax bölgəsində üzüm bağlarının və kartof sahələrinin intensiv mübarizə tədbirlərinin texnoloji xəritələrini hazırlayaraq, fermerlərə və torpaq mülkiyyətçilərinə təqdim etməklə, aqrar sektorun inkişafı baxımından əvəzsiz addımlar atmağa nail olub.

Bütün bunlar isə heç şübhəsiz, Heydər Əsədovun apardığı islahat xarakterli tədbirlərin, fitosanitar proqramların həyata keçirilməsi üçün cəlb etdiyi vəsaitlərin və həmin vəsaitlərin təyinatı üzrə xərclənməsinin məntiqi yekunudur.

Əlbəttə, onu da unutmaq olmaz ki, əldə edilən uğurların qazanılmasında həm də Dövlət Fitosanitar Xidmətinə Camal Quliyev kimi təcrübəli, çalışqan və peşəkar kadrın təyinatının da rolu var.

Image result for dövlət fitosanitar nəzarət xidməti

Kənd təsərrüfatı naziri olaraq, Heydər müəllim işi iş bilənə tapşırmaqda da mahir şəxsiyyətdir. Hazırda gecə-gündüz yorulmadan, böyük səylə aqrar sektorun real inkişafını təmin etmək istiqamətində çalışan cənab nazirin Dövlət Fitosanitar Xidmətin rəis postuna Camal Quliyevi layiq görməsi, onun idarəçi müdrikliyinin parlaq isbatıdır.

Sözügedən Dövlət Xidmətinin fəaliyyətindən danışarkən bunu qeyd etməmək böyük haqsızlıq olardı.

Eyni zamanda insaf naminə onu da qeyd etmək lazımdır ki, ötən ilin avqustunda keçirilən məlum kollegiya iclasında Heydər müəllim Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, ölkədə fitosanitar vəziyyətin sabitliyinə nəzarətin gücləndirilməsi, kadr hazırlığının səviyyəsinin yaxşılaşdırılması, şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədi ilə konkret tapşırıqlar vermişdi. Sevindirici haldır ki, başda Camal Quliyev olmaqla, sözügedən Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları həmin tapşırıqların yerinə yetirilməsi baxımından konkret, konkret olduğu qədər də səmərəli addımlar atmağa nail ola bilmişdi.

Ən sevindiricisi isə odur ki, ölkənin kənd təsərrüfatı sektoru artıq ildən ilə Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilir, post-neft dövründə aqrar sahənin “qara qızıl”ı əvəzləmək, həm də nəinki əvəzləmək, daha böyük iqtisadi göstəricilət əldə etmək iqtidarında olduğunu göstərir.

Bunda isə Dövlət Fitosanitar Xidmətinin son illərdə əldə etdiyi nailiyyətlərin rolu birmənalıdır.

Belə bir starteji əhəmiyyətli qurumun yaşaması və öz uğurlarını davam etdirməsi hər birimizin qəlbini fəxr və fərəh hissi ilə doldurur. Artıq heç bir şübhə yoxdur ki, Heydər Əsədovun kənd təsərrüfatı rəhbərliyinə gətirilməsi sözügedən nazirlik daxilində və onun müxtəlif strukturlarında böyük canlanmaya yol açıb. Buna əmin olmaq üçün elə Dövlət Fitosanitar Xidmətinin uzun fasilədən sonra uğurlu fəaliyyət göstərməyə başlaması ən böyük sübutdur!

Image result for dövlət fitosanitar nəzarət xidməti

 Related image

Image result for dövlət fitosanitar nəzarət xidməti

Azər Abdul.






Fikirlər