09.08.2014 -Şəmkirdə faciə - 5 nəfər çayda batdı
Azərbaycanda 5 nəfər çayda batıb.
"AzerTaym.az" anspress-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Şəmkirdə Kür qırağında yerləşən "Narınqala" istirahət mərkəzində baş verib. İstirahət mərkəzinə dincəlməyə gələn 5 nəfər istirahət etmək üçün caya girib. Suyun axınına tab gətirməyən insanlar hamısı batıb.
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupu hadisə yerinə gəlib və beş nəfərin cəsədi sudan çıxardılıb. Hazırda həlak olan insanların kimliyi araşdırılır.
Hadisə haqda əlavə məlumat olan kimi xəbər veriləcək.