21.08.2014- Avstriyada 9 çeçen saxlanıldı

21.08.2014- Avstriyada 9 çeçen saxlanıldıAvstriya polisi dövlət sərhədində doqquz nəfəri saxlayıb.

ANS PRESS-in məlumatına görə, həmin şəxslər Suriyada islam döyüşçülərinə qoşulmaq istəyənlərdir.

Hal-hazırda onları sorğu-sual edirlər.

Avstriyanın daxili işlər nazirinin bildirdiyi kimi, bütün saxlananlar - Avstriyada sığınacağ verilən çeçen mənşəli Rusiya vətəndaşlarıdır.

Qeyd edək ki, hələ ötən ilin məlumatına görə, Suriyada Əsəd rejiminə qarşı yüzdən artıq çeçen döyüşür. Bu barədə məlumatı Avropada yaşayan və Çeçenistanın müstəqilliyi tərəfdarı olan Usman Ferzauli verib.

Rusiyanın "Коmmеrsаnt" qəzeti bildirir ki, Suriyada əsasən Şimalı Qafqazdan olan çeçenlər vuruşur. Ancaq aralarında Avropada yaşayan çeçenlər də var. Ferzauli onların Türkiyədən keçməklə Suriyaya getdiyini bildirib. Onun sözlərinə görə, çeçenlərin Suriyada döyüşməsinə çağırış Doku Umarovdan gəlib. Bu çağırışın həyata keçirilməsi ilə isə İsa Umarov və qohumu Movladi Uduqov məşğul olur: İsa Umarov özü Suriyadadır, ancaq yeni döyüşçülər aparmaq üçün Rusiyaya maneəsiz gedib-gəlir”.






Fikirlər