01.02.2014. - Baş nazirin müavini Azərbaycan gənclərinin Suriyada döyüşlərə cəlb olunmasına münasibət bildirib
“Gənclərimiz işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olmalıdırlar”
YAP sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov Azərbaycan gənclərinin Suriyada müharibəyə cəlb olunmasına münasibət bildirib.
AzerTaym.az-ın məlumatına görə jurnalistlərə bu barədə açıqlama verən Ə. Əhmədov deyib ki, gənclərin Suriyada hansısa ideyalar uğrunda döyüşməsinə müsbət baxmır: “Gənclərimiz işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olmalıdırlar”.