Mərkəzi Neftçilər Xəstəxanasında “Açıq qapı” GÜNÜ
Novruz bayramı münasibətilə Mərkəzi Neftçilər Xəstəxanasında “Açıq qapı” günü keçirilib. Səhiyyə Nazirliyi mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, müraciət edənlər ödənişsiz qaydada müxtəlif müayinələrdən keçiblər. Gün ərzində 1325 nəfər kardioloq, nevropatoloq, terapevt, okulist, endokrinoloq, LOR, uroloq, nefroloq, dəri-zöhrəvi, USM, EKQ, EXO və s. müayinələrdən keçərək həkim məsləhətləri alıblar.