Çeçenistan prezidentindən Rusiya hərbçilərinə hücumla bağlı - AÇIQLAMA

Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum təşkil edən şəxslərin kimliyi müəyyənləşdirilib.

"RİA” xəbər verir ki, bu haqda məlumatı Çeçenistan Prezidenti Ramzan Kadırov verib.

Xatırladaq ki, martın 23-dən 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum təşkil olunub.

Səkkiz naməlum silahlı şəxs hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.

Rusiya Milli Antiterror Mərkəzindən verilən məlumata görə, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının da 6 nəfər olduğu açıqlanıb/Axar.az

 






Fikirlər