“PUTİN ANLAMIR, ABŞ-ı DƏSTƏKLƏMƏYƏ HAZIRIQ!” – Ərdoğandan şok açıqlama (VİDEO)

erdogan-usa-400x271

ABŞ prezidenti Donald Trampın İdlib bölgəsində baş verən hadisədən sonra “Suriyaya qoşun yeritməyi müzakirə edirik” ifadəsi Ankaranı hərəkətə keçirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, prezident Ərdoğan Ağ Ev sahibinin bu bəyanatını cəsarətli və birmənalı qəbul etdiyini deyib.

Bununla yanaşı Ərdoğan bu halda bölgədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə dəstək verəcəklərini vurğulayıb:

“Təşəkkür edirəm, amma bu bəyanat gərək söz olaraq qalmasın. Əgər hərəkətə keçiləcəksə, biz də üzərimizə düşən borcu yerinə yetirəcəyik. Biz heç kəsdən çəkinmirik. Koalisiya qüvvələri ilə oturub bölgədəki virusu aşkarlamaq istəyirik. Ondan sonra bərabər hərəkət edərik”.

Ərdoğan İdlibdə kimyəvi silahdan istifadə edilməsi məsələsini Rusiya prezidenti ilə müzakirə etdiyini, lakin qarşı tərəfdən konkret cavab almadığını bildirib:

“Hörmətli Putin iki gündür bu işin arxasında Əsədin olduğunu anlamır və bu, çox üzücüdür”.

Türkiyə prezidenti bildirib ki, artıq bölgədə dostun, düşmənin kimliyini aydınlaşdırmaq lazımdır.

 






Fikirlər