Yunanıstanın təhsil və iş adamları BSU-da OLUBLAR

yunanistanin tehsil ve is adamlari bsu da olublar

Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsonqasın rəhbərliyi ilə bir qrup təhsil və iş adamı Bakı Slavyan Universitetində (BSU) olub.

BSU-nun mətbuat xidmətindən AzerTaym.az- a verilən məlumata görə, qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qarşılayaraq Yunanıstanın ali məktəbləri ilə BSU arasındakı sıx əlaqələrdən danışıb.

Rektor 1999-cu ildən Yunanıstanın Afina və Milli universitetləri ilə əməkdaşlıq etdiklərini deyib: “BSU-da  11 Avropa dövlətinin Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, onlardan biri də Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzidir. Burada 44 tələbə təhsil alır və onlara 8 müəllim yunan  dilini və mədəniyyətini öyrədir. Müxtəlif illərdə bu mərkəzin 24 tələbəsi təcrübə keçmək məqsədi ilə Yunanıstanda olub”.

Yunanıstan xarici işlər nazirinin keçmiş müavini, hazırda Truenique LTD şirkətinin baş məsləhətçisi Spiros Kuvelis görüşdən məmnun olduğunu bildirərək, qeyd edib ki, onların məqsədi həm BSU ilə, həm də burada fəaliyyət göstərən Yunan Tədris Mərkəzi ilə əməkdaşlığı genişləndirməkdir.

Yunanıstanın “AKMİ” Təhsil Təşkilatı və onun təsisçi üzvü, Afina Paytaxt Kollecinin rəsmi nümayəndəsi Teodoros Qrassos Afinada yerləşən AKMİ-nin  7500-dən çox tələbəni özündə birləşdirdiyini bildirib və BSU ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

BSU-nun rektoru professor N.Əliyeva təklif olunan əməkdaşlığa görə təşəkkürünü bildirib.

Sonda qonaqlar BSU-da fəaliyyət göstərən Müasir Yunan dili Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olub və suallarına cavab veriblər.  yunanistanin tehsil ve is adamlari bsu da olublar






Fikirlər