Yunan ordusu Türkiyəyə görə DÖYÜŞ VƏZİYYƏTİNƏ GƏTİRİLDİ

Yunanıstan Müdafiə naziri Panos Kamenosun əmri ilə bu gün ölkə ordusu təlimlərə başlayıb.

  AzerTaym.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə təlimlərin kifayət qədər böyük olduğunu və Türkiyədən qorunmaq üçün keçirildiyini bildirib:

 “Bizim təlimlər həmçinin Yunanıstanın şimalında Kilkis şəhəri yaxınlığında da keçirilir. Bu da Makedoniya hakimiyyətinin sərt bəyanatları ilə bağlıdır. Ordu hər iki istiqamətdə tam hazırlıq vəziyyətinə gətirilib”.

 Yunan mətbuatının açıqlamasına görə, son üç gün ərzində türk təyyarələri Yunanıstanın Egey dənizindəki sərhədini pozublar. Afina türklərin bu addımını provokasiya kimi dəyərləndirir. 






Fikirlər