“İşğal olunmuş torpaqları azad etməyə hazırıq” - Zakir Həsənovla MÜSAHİBƏ
Sentyabrın 6-dan 13-dək davam edən Komanda Qərargah Hərbi Oyunlarında şəxsən iştirak edən Müdafiə NAziri general-polkovnik Zakir Həsənov Mirşahin Ağayeva eksklüziv müsahibə verib.ANS PRESS-ə istinadən həmin müsahibəni oxucularına təqdim edirik. -Silahlı Qüvvələrimizin təxminən neçə faizi hərbi təlimlərə cəlb olunub? -İndiyədək belə təlim olmayıb? -Bildiyimə görə, Ermənistan tərəfi “provokasiya” edib. Bir neçə təyyarə qaldırıb. Sonra nə baş verib ki onlar öz təyyarələrini geri qaytarıblar? -Ermənistan prezidenti Sarksyan Kremildə şikayət edirdi ki, Ermənistan- Azərbaycan sərhəddində vəziyyət son iki həftədə daha gərgin olub. Hətta Azərbaycan tərəfi artıq artileriyadan istifadə edir. Doğurdan biz artileriyadan istifadə edirik? -Deməli Azərbaycan artileriyadan istifadə edir və Sarksyanın dedikləri doğrudur? -Bizim bu hərbi təlimlərdə elə silah varmı ki, indiyədək istifadə olunmayıb və Azərbaycan silahlarının “tacı” dır? -Hərbi təlimlərin gedişində özünüz dediyiniz kimi müxtəlif qoşun növləri iştirak edir. Bu qoşun növləri arasında rabitə, uzlaşma hansı əsviyyədədir? Hər şey qaydasındadırmı? Elə bir çatışmazlıq varmı ki, bu üzə çıxdı və siz bunu nəzərə alacaqsınız? -Cənab nazir, “Shant 2015” yəqin məlumatınız var? Ermənilərin də belə bir təlimləri keçirlib? Amma onlar palatkalar qururlar, mülki əhalini guya evakuasiya edirlər, yaralıları atəş zonasından çıxardırlar. Ümumiyyətlə onların təlimlərinə münasibətiniz necədir? Bəs biz təlimlər zamanı niyə “palatkalar” qurmuruq, mülki əhalini çıxartmırıq, simulyasiya etmir? -Təlimlərin növbəti mərhələsində hansı proseslər öyrəniləcək və Azərbyacan Silahlı Qüvvələrinin daha hansı bölmələri bu proseslərə cəlb olunacaq?
-Bu təlimlərin məqsədi nədir və miqyası necədir? Cənab nazir bu məqsəd Ali Baş komandan tərəfindən necə müəyyənləşdirilib?
-Ali Baş komandanın tapşırığı ilə Silahlı Qüvvələrin mühairəbə hazırlığı yoxlanılır. Onun əmri ilə qəflətən Silahlı Qüvvələrin bütün növləri –Hava Qüvvələri, Hava hücumundan Müdafiə Qüvvələri, Hərbi Donanma, Artileriya və raket qoşunları, quru qoşunlar həyacan siqnalı ilə müəyyən rayonlara çıxarılır. Bu təlimlərin əsas məqsədi Silahlı Qüvvələrin təlim hazırlığının yoxlanılmasıdır. İlk növbədə biz idarəçiliyi yoxlayacağıq. Əmrlə bütün idarə məntəqələri əsas, ehtiyyat, qoşun növlərinin idarə məntəqələri lazımı sahələrə çıxarılıb və hazır vəziyyətə gətirilib. Hazırda onların təchizatı və vəzifələri yerinə yetirmə səviyyəsi yoxlanılır.
Bildiyiniz kimi qoşunların idarəolunması əsas vəzifələrdən biridir. İlk növbədə bu dayanıqlı, operativ və qarşılıqlı şəkildə qoşunları idarəetmə bacarığına malik olumalıdır. Son bir neçə ildə Silahlı Qüvvələrin təcrübəsi kəskin şəkildə artıb. Bu çox önəmlidir. Silahlı Qüvvələrinin I hazırlıq mərhələsi artıq yekunlaşır. Tam məsuliyyətlə deyirəm ki, I mərhələdə Silahlı Qüvvələr qarşıda duran bütün vəzifələri yüksək səviyyədə yerinə yetiribdir. Bütün normativlərə uyğun hərəkət ediblər.
Bu gün mən Raket və Artileriya qoşunlarının tutduğu mövqelərdə oldum. Onların hazırlığını yoxladım və məruzələri dinlədim. Demək olar ki, Silahlı Qüvvələrimiz günü-gündən öz döyüş hazırlığını yüksək səviyyədə təşkil edir və qarşıda duran müqəddəs vəzifəsini yerinə yetirməyə tam hazırdır.
Xüsusi qeyd etmək istəyirəm ki, son illər qoşunlarımızın təchizatında böyük irəliləyiş olub. Belə ki, ən müasir silahlar qəbul etmişik. Hərbi hissələrimizdə 300 km-lik marşlar həyata keçiriblər. Marş zamanı heç bir zirehli maşın geriyə qalmadan əmri layiqincə həyata keçirərək öz yerlərini tutublar. Bundan əlavə hərəkat vaxtı bütün döyüş növlərinin vəzifələrini yerinə yetiriblər.
-Biz elan etdik ki, təxminən 65 minə yaxın şəxs təlimlərdə iştirak edir. Bu Silahlı Qüvvələrin tarixində ən iri miqyaslı bir təlimdir.
-Bu sayda geniş təlim indiyə qədər olmayıb. Ən əsası isə Silahlı Qüvvələrin əksər hissəsi bu təlimlərdə iştirak edir. Təbbi ki, tam şəkildə qoşunlara cəlb olunma edə bilmirik. Bilirsiz ki, təmas xəttində vəziyyət necədir. Onlarında bir qismi təlimlərə cəlb olunacaq. Bu təlimlərdə həmçinin helikopterlərdən və təyyarələrdən də istifadə olunur.
Zakir Həsənov iri miqyaslı təlimlərdə
-Biz təlimlər keçirdən vaxt onlar “provokasiya” ya əl atdılar. Belə ki, öz təyyarələrini havaya qaldırdılar. Azərbaycan sərhəddinə istiqamətləndirdilər. Ancaq biz dərhal onların hərəkətini qeydə aldıq. Bizim Hava Qüvvələrimiz daima döyüş vəziyyətindədi. Dərhal öz təyyarələrimizi havaya qaldırdıq, onlar isə öz sərhədlərindən 30 km sərhəddindən ayrılmamış geri çəkilməyə məcbur oldu. Mən göstəriş verdim “əgər onlar 1 santimetr bizim sərhəddə keçsəydilər, məhv olunacaqdılar”.
-Ermənistan işğalçıdır. Ermənistan bizim torpaqları işğal edib. Bütün böyük problemlərin kökündə də elə bu məslsə dayanır. Ermənistan nə deyir, desin beynəlxaql qrumlar hamısı da bilir ki, Ermənistan işğalçıdır. Biz öz işğal olunmuş torpaqları azad etməliyik. Biz “seporatizm”ə “terrorizm” kimi baxmışıq. “Seporatizm” dövlət səviyyəsində olan “terrorizm”dir. Dünyada heç kim terrorçularla söhbət aparmır. O ki qaldı cəbhə bölgəsindəki vəziyyətə, bildiyiniz kimi biz Ermənistanı xəbərdarlıq etmişdik ki, əgər təxribat törətsələr onlar layiqincə cavabını alacaqlar. Onların hər bir atəşinə mənim göstərişim var: “On qat cavab verilməlidir”. Əgər bizim mülki ailəyə atəş açsalar, göstərişimlə onların mövqelərinə, həmdə onların yaşayış məskənlərinə layiqincə cavab veriləcək. Çünki ayrı yolu yoxdu. Onlar bilərək, dəfələrlə xəbərdarlığa baxmayaraq bizim mülki əhaliyə atəş açıblar.
Xatırlayırsınızsa onlar hətta bu yaxınlarda toy mərasimini atəşə tutdular. Amma bu atəşdən öncə mən erməniləri xəbərdarlıq etmişdim. Cavab on qat iriçaplı silahlardan verilməlidir.
-Azərbaycan onların atəşinə bütün imkanları ilə cavab verir. Əgər onlar çirkin niyyətlərindən əl çəkməsələr daha sarsıdıcı zərbə onların mövqelərinə vurulacaq.
-Var! Biz bu silahı o təlimlərə cəlb etmişik. Mən şəxsən o silahın yerləşdiyi mövqedə olmuşam. Onun döyüşə hazırlıq vəziyyəti ilə yaxından tanış oldum. Şəxsiyyət qısa bir müddətdə bu silahın sirrlərini mənimsəyib və yaxşı nəticələr göstərdiyinin sübut edib.
-Bizim keçirtdiyimiz bu təlimlərin əsas məqsədi – qarşılıqlı fəaliyyət və iştirak, idarəçilikdə bütün qoşun növlərinin birgə fəaliyyətini təşkil etmək, məntəqələrin bütün idarəçilik imkanlarından istifadə etməkdir. Yəni bütün qoşun növlərindən qarşılıqlı istifadə edərək düşməni darmadağın etmək. Bildiyiniz kimi biz bütün KİV-lərə məlumat vermişdik ki, qoşunların idarəçiliyində əsas məqsəd -qoşunların idarəçiliyi və əks hücumun dəf olunması, düşməni mühasirəyə götürüb, darmadağın etmək olub.
Qeyd edim ki, təlimlər zamanı yaranan nöqsanlar artıq yox edilib. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində əldə etdiyimiz avadanlıq bizə imkan verir ki, idarəçiliyi daha yüksək səviyyədə təşkil edək. Hətta burada avtomatlaşdırılmış sistemlər, yeni proqramlar tətbiq olunur. Bu avadanlıqlar bizdə şərait yaradır ki, hadisələri qısa bir müddətdə təhlil edək və düzgün qərar qəbul edək.
-Bilirsiz, əgər təlimlərin mahiyyətinə baxsaq, bilmək olar ki, onlar nəyə hazırlaşır, biz nəyə hazırlaşırıq. Buradan görmək olar ki, vəziyyət necə olacaq. Hər kəs öz imkanlarına və niyyətlərinə uyğun təlimləri təşkil edir. Bu gün tam əminliklə deyə bilərəm ki,
Ali Baş komandanın tapşırığı nəticəsində Silahlı Qüvvələrin döyüş qabiliyyəti, hazırlığı o səviyyədədir ki, biz istənilən vaxt işğal olunmuş ərazilərimizi azad etməyə tam hazırıq. Ona görə də mən istərdim ki, düşmən son anda başa düşsün ki, bu onlar üçün faciə ilə nəticələnə bilər. Hələ ki gec deyil bizim torpaqlarımızı azad etsin!
-Təlimlərin növbəti mərhələsində bütün qoşun növlərinin praktiki tətbiqi keçiriləcək. Tank, raket artileriya, Hərbi Hava Qüvvələri taktiki manevrləri həyata keçirəcək. Bura daxildir raket və artileriya zərbələri, havadan hücumlar. Sonrakı təlimlərdə də helikopterlər, təyyarələr yenə də iştirak edəcək. Bundan başqa təlimlərə Silahlı Qüvvələrin digər növləri-istehkamçılar, kəşfiyyatçılar, xüsusi təyinatlı qoşunlar da cəl olunacaq. Deyə bilərəm ki, Silahlı Qüvvələrin döyüş vaxtı tətbiqini bu təlimlərdə sınaqdan çıxartıq. Bir daha vurğulayıram ki, Ali Baş komandanın da tapşırığı bundan ibarətdir ki, biz qoşunların döyüş qabiliyyətini təhlil və məruzə edək.