Fətullah Güləni 200 nəfərlik ordu qoruyacaq

Fətullah Güləni 200 nəfərlik ordu qoruyacaqABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində liftdə çıxılmaz vəziyyətdə qalan “Xidmət”(Hizmət) camaatının lideri Fətullah Gülən cangüdən sayını çoxaldıb.

"AzerTaym.az" xəbər verir ki,ANS PRESS-in məlumatına görə, bundan sonra sui-qəsd və qaçırılma qorxusu yaşayan Fətullah Güləni 200 nəfərlik kiçik bir ordu qoruyacaq.

Bildirilir ki, Gülənin mühafizə birliyinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və "MOSSAD"dan olan casuslar rəhbərlik edir.

Həmin casusların təlimatı ilə 200 nəfərlik mühafizə ordusu Fətullah Gülənin hər addımını təqib edir.

Xatırladaq ki, ötən həftə Fətullah Gülən 1 saat Pensilvaniyada yaşadığı malikanənin liftində qalıb. Gülənin hiddətlənərək adamlarına, “Bu mənə sui-qəsddir?” – deyə qışqırdığı və böyük qorxu yaşadığı bildirilir.






Fikirlər