Müdafiə naziri İranda rəsmi SƏFƏRDƏDİR
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə İrana rəsmi səfəri başlayıb. Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.