Mədət Quliyevin oğlu italiyalı milyonçu ilə Bakıda - FOTOLAR
Dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq vətənimizə gəlib. AzerTaym.az big.az-a istinadən xəbər verir ki,o, mayın 6-da Bakıda, "Elektra Hall"da çıxış edəcək.Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.İtaliyalı rəqqası görmək üçün gələnlərin arasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin oğlu da olub.