Tramp Putini kapitulyasiyaya MƏCBUR ETDİ
Lavrovla Trampın görüşündən sonra Prezident Vladimir Putinin 2014-cü ildə Krımı anneksiya etməsi ilə başlayan soyuq müharibə başa çatır. Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı ekspert Andrey Zubov paylaşıb. “Budəfəki müharibə də birinci kimi Putinin “Rusiya Federasiyası adı ilə saxladığı” SSRİ-nin bu hissəsinin tam məğlubiyyəti ilə başa çatır. Ağ Evin danışıqların nəticələri haqqında bəyanatı, diplomatik dili oxumağı bilənlərə başqa bir şeyi düşünməyə imkan vermir. Prezident Tramp cənab Putinə kapitulyasiya şərtlərini diktə edir, cənab Lavrov danışıqların konstruktiv və praqmatik keçməsini alqışlayır. Danışıqların yaxşı keçdiyini Trampın özü də söyləyib”. Ekspertin sözlərinə görə, Moskvaya təqdim olunan kapitulyasiya bəndləri iki cəbhəyə - Suriya və Ukraynaya aiddir: “Suriyadakı aviabazaya zərbə və Şimali Koreyaya qarşı sərt tonla çıxış etməklə Prezident Tramp Rusiyaya aydın şəkildə göstərdi ki, dünyada yalnız bir qlobal güc var. Sanksiyaların sosial nəticələrindən qorxan Kreml “ikinci dərəcəli qlobal güc” rolunu oynamaqdan imtina edir. Görünür, o, Trampın şərtləri ilə razılaşıb”. Zubov bildirib ki, Trampa Amerika xalqına Putini yalnız onun dayandıra biləcəyini göstərmək vacib lazımdır: “Xüsusilə, bu onun və adamlarının KQB-FSB əlaqələri kontekstində gərəkli olacaq. Konqres isə Trampı qalib kimi qəbul edəcək, amma tezliklə, onun üçün impiçment elan edəcək. Putin artıq keçmişdəki kimi izolyasiya və iqtisadi çöküş şəklində idarəçilik istəmir, Tramp isə Obama kimi dövlətini idarə etməyi planlaşdırmır. Onun üçün bu, çox təhlükəlidir. İkinci soyuq müharibənin sonu çatır”.