Azərbaycanlı oliqarx milyardlıq şirkətc - ALIR
“LUKoil”un rəhbəri və əsas səhmdarı Vahid Ələkbərovun oğlu Yusif “Vestern Petroleum Transporteyşn” (VPT) dəmiryolu operatorunu alır. AzerTaym.az bizplus.az-a istinadən xəbər verir ki, bu şirkət 2003-cü ildən bazara girib və uzun zamandır ki, “LUKoil”un törəmə müəssisələri ilə əməkdaşlıq edir. Dünyanın ən böyük dəmiryolu şirkətlərindən biridir. Təkcə 2015-ci il ərzində 109 milyon rubl gəliri olub. Şirkətin hazırda 400 dəmiryolu sisterni var və onların hamısı “LUKoil”un törəmə şirkəti – “LUKoil-Transom” tərəfindən icarədədir. 27 yaşlı Yusif Ələkbərov “LUKoil” şirkətinin 0,13% aksiyasına sahiblik edir. Vahid Ələkbərov 2015-ci ildə bəyan etmişdi ki, oğlu 2-3 ildən sonra sistemdə öz karyerasını quracaq. Məsələ ilə bağlı Yusif Ələkbərovla əlaqə saxlamaq mümkün olmayıb, “LUKoil” isə xəbərə şərh verməkdən imtina edib.