Nazirin işdən çıxartdırdığı jurnalistə "Lider"də VƏZİFƏ VERİLDİ

”Space" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədikli Lider televiziyasının Xəbərlər departamentinin baş redaktor müavini vəzifəsinə təyin edilib.

E.Gədikli bir işə bir neçə gündür, başlayıb.
Qeyd edək ki, E.Gədiklinin Space TV-dən çıxarılma göstərişini Təhsil naziri Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov "Space"in rəhbəri Vaqif Mustafayevə zəng edib, iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. Onun yerinə Azadə Balayeva təyin olunub.

 






Fikirlər