Eyfel qülləsi BAGLANDA

Parisin Eyfel qülləsi bu həftənin şənbə gününə qədər ziyarətçiləri qəbul etməyəcək.

Trend-in məlumatına görə, qüllənin müdiriyyəti bu qərarın ABŞ prezidenti Donald Trampın Fransaya işgüzar səfəri ilə bağlı olduğunu bildirib.
Belə ki, iyulun 13-14-də Eyfel qülləsi işləməyəcək, iyulun 15-də saat 9:00-dan qapılarını ziyarətçilərin üzünə açacaq.
Daha öncə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı ilə Tramp və xanımını bu qüllədə yerləşən restoranda qəbul edəcəkləri bildirilmişdi.
Qeyd edək ki, Tramp və xanımı iyulun 13-də Parisə iki günlük səfər gəliblər.






Fikirlər