Bakının SON ŞƏRTİ, 4 mərhələli PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bakının SON ŞƏRTİ, 4 mərhələli PLAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu bildirib.

ABŞ Dağlıq Qarabağdakı qondarma rejimə 1,5 milyon dollar vəsait ayıracaq. Rusiya aviasiyası İŞİD-in “müdafiə nazirini öldürüb. Ağ Ev Şimali Koreyanın raket və nüvə proqramlarının dayandırılması üçün hərbi güc tətbiqini istisna etmir. Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar vətəndaş qarşıdurması ilə nəticələnə bilər.

“Ermənistan danışıqlar prosesinin uzadılmasında maraqlıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni ilə görüşündə deyib.Prezident İlham Əliyev Azərbaycanın bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmədiyini, Ermənistan tərəfinin isə danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu bildirib. 

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda planlaşdırılan görüşü qüvvədədir. Ermənistan xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, görüş güman ki, sentyabrın 20-də keçiriləcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün keçiriləcəyi tarixi açıqlamasa da, Edvard Nalbandyanla işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması məsələsini müzakirə edəcəklərini söylədi.“Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”, - deyə Azərbaycanın baş diplomatı bununla qarşıdakı görüşdə Bakının mövqeyini də açıqlamış oldu.Bakının mövqeyi aydındır, çox güman ki, İrəvan da Nyu-Yorkda ərazilərin qaytarılması məsələsi üzərində ciddi dayanılacağını anlayır və buna hazırlaşır.Ermənistanın “Aykakan jamanak” qəzetinin İrəvanda Qarabağla bağlı aparılan müzakirələr və hazırlanan planlar haqda yazdıqları görüş öncəsi diqqət çəkir.Dünən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşdü. Qapalı keçirilən görüş fonunda üç məqam diqqət çəkir:ATƏT Parlament Assambleyasının növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr və diskussiyalar olacaq. Bunu Azərbaycanda səfərdə olan ATƏT PA sədri Kristina Muttonen deyib.

ABŞ Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün 1,5 milyon dollar vəsait ayıracaq. Bu təşəbbüslə Konqres üzvü Devid Valando çıxış edib. Konqres isə təklifi bəyənib.

“Amerikanın səsi”nin məlumatına görə, məsələ bu gün səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Devid Valando ABŞ-dakı erməni diasporu ilə sıx münasibətlərə malikdir. Onun bu təşəbbüsünün də erməni diasporu tərəfindən irəli sürüldüyü şübhəsizdir.

Hətta konqresmen Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimi “Qarabağ xalqı” olaraq təqdim edir və irəli sürdüyü təşəbbüsdə “minalardan əziyyət çəkən Qarabağ xalqı” sözlərini qeyd edir.

Çinə birinci rəsmi səfəri zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Çin silahlarının alınmasında maraqlı olduğunu bildirdi. Baxmayaraq ki, Ermənistan Rusiya ilə artıq bir sıra müqavilələr bağlayıb. İki il əvvəl Moskva İrəvana hərbi məhsulların əldə edilməsi üçün 200 milyon dollar ölçüsündə ixracat krediti verib.

Lakin ekspertlərin fikrincə, əslində Çin silahı Ermənistana o qədər də lazım deyil və əsas məqsəd Rusiyanı şantaj etməkdir.

Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik əmindir ki, İrəvanın bütün bu bədən hərəkətləri və bəyanatlarının əsas məqsədi dünyada müasir silahın tək eksportçusu olmadığını Rusiyaya yumşaq şəkildə xatırlatmaqdır.ABŞ Dövlət Departamenti Rusiya ilə münasibətləri normaya salmaq istəyir. Lakin görünür ki, Vaşinqtonun bu məsələdə vahid fikri yoxdur. Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Bu həftə ABŞ-da Rusiyanın diplomatik nümayəndəliklərinin binalarında Federal Təhqiqatlar Bürosu tərəfindən təşkil edilən axtarışlar haqqında çox şey söylənilib. Bizdə olan məlumata görə, Rusiya diplomatlarına qarşı yaradılan münasibətin arxasında Amerika xüsusi xidmət orqanlarının əməkdaşları durur”, – deyə o bildirib.

"Qərb Rusiyanın müttəfiqlərinə, xüsusi halda Azərbaycana təzyiq göstərir".Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın “Qardian” nəşri və başqa Qərb KİV-lərində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiq kimi qiymətləndirilməlidir.

“Qərb Rusiyanın müttəfiqlərinə təzyiq göstərir. Bu, bir neçə istiqamət üzrə çox güclü informasiya təzyiqinin olduğundan xəbər verir”, - o bildirib.

Myanmarın Arakan bölgəsin də müsəlmanlara dini təhsil verən İslam alimi Şah Cenah Məhəmməd Hüseyn avqustun 31-də, səhər saatlarında evinin qarşısında ailəsiylə birlikdə buddistlər tərəfindən diri-diri yandırılaraq öldürülüb. Xarici KİV məlumat yayıb.

Məlumata görə, açdığı mədrəsədə minlərlə adama din təhsili verən Məhəmməd Hüseyn öncəki illərdə də Myammar hökuməti tərəfindən təzyiqlərə məruz qalırmış.

107 yaşlı professor Məhəmməd Hüseynin Darul ulum Ahmadun İslam Unversitetinin baş müəllimi, eyni zamanda hədis alimi olduğu bildirilir.

Rusiya aviasiyasının Suriyanın Deyr-ez-Zor bölgəsində İŞİD terror qruplaşmasının nəzarət məntəqəsini bombalaması nəticəsində İŞİD-in “müdafiə naziri Gülmurad Xalilov məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xalimov və üç nüfuzlu səhra komandiri nəzarət məntəqəsində müşavirə zamanı məhv edilib. Onların arasında Deyr-ez-Zor “əmiri”, İŞİD-in təlim bazalarına cəlb edilmiş yeni əsgərlərin maliyyələşdirilməsi üzrə cavabdeh şəxs Əbu Məhəmməd Aş-Şimali də olub. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, bir sıra Avropa xüsusi xidmət orqanları onu 2015-ci ilin noyabrında Parisdə terror aktlarının təşkilatçısı hesab edir.

Aviazərbələr nəticəsində həmçinin İŞİD-in qırx sıravi döyüşçüsü və əlaqə qrupu məhv edilib.

Qeyd edək ki, Xalimov karyeraya hələ sovet xüsusi təyinatlı dəstəsində başlayıb.ABŞ Suriyanın Deyr əz-Zor şəhərindən İŞİD-in 20 səhra komandirini evakuasiya etməyib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Adrian Renki Qellouey söyləyib. Onun sözlərinə görə, Rusiya mətbuatının yaydığı bu informasiya həqiqəti əks etdirmir.

Qeyd edək ki, bundan öncə Rusiyanın “RİA Novosti” agentliyi ABŞ hərbi vertolyotunun Suriyadan İŞİD liderlərini çıxardığı haqqında informasiya yaymışdı.Ağ Ev Şimali Koreyanın raket və nüvə proqramlarının dayandırılması üçün hərbi güc tətbiqini istisna etmir. Bu haqda Birləşmiş Ştatların prezidenti Donald Tramp bildirib.

“Bu çox ağır gün olacaq, amma Amerika Silahlı Qüvvələri belə vəzifəni yerinə yetirməyə hazırdır”, - ABŞ prezidenti vurğulayıb.

Dövlət başçısı həmçinin vurğulayıb ki, öz sələflərindən fərqli olaraq, Koreya Xalq Demokratik Respublikası barəsində ABŞ-ın xarici siyasət strategiyasının təfərrüatları açıqlamağa hazırlaşmır.

Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın altıncı nüvə sınağıdır.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hidrogen bombasının nüvə yükünün gücü 160 kilotona bərabər olub. Bu, 1945-ci ildə Xirosimaya atılmış atom bombasının gücündən 10 dəfə çoxdur. 72 il əvvəl atılan bombanın gücü 15 kiloton təşkil edirdi.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı Ukrayna deyil, Rusiya ilə bağlıdır. Bu haqda “The Atlantic Council” üçün məqaləsində ekspert, Strateji kommunikasiyaları üzrə hökumət və qeyri-hökumət institutlarının məsləhətçisi Lad Kosliski yazıb.

Onun sözlərinə görə, KXDR-ə raket texnologiyalarının qanunsuz çatdırılması barədə Kiyevin ünvanına irəli sürülən ittihamlar əslində Rusiyanın Kiyev və Qərbə qarşı apardığı hibrid müharibənin daha bir nümunəsidir.

Müəllif qeyd edir ki, “New York Times” nəşrinin məqaləsi Rusiya xüsusi xidmət orqanlarının xüsusi kəşfiyyat əməliyyatının elementlərini özündə saxlayır.Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib. İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.






Fikirlər