Azərbaycanda dövlət bayrağı, himni və gerbi ilə bağlı DƏYİŞİKLİKLƏR OLACAQ

bitmap-img6

Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq

 

Həmin dəyişikliklərə dair təkliflər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.
Belə ki, işlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb.
Layihələrin məzmunu hələlik açıqlanmayıb. İşlər planı MM-in payız sessiyasının oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq. (APA)






Fikirlər