Berluskonidən Putinə ad günü hədiyyəsi: YORGAN

Berluskonidən Putinə ad günü hədiyyəsi: Yorğan

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putini qeyri-adi formada təbrik edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 7 oktyabrda keçirilən Putinin 65 illik yubileyində iştirak edən Berluskoninin gətirdiyi hədiyyələr arasında yorğan da olub. Yorğanın üstündə Berluskoni və Putinin əllə görüşdüyü foto da var. Yorğanı istehsal edən "Lenzuolissimi" şirkətinin sahibi Mikele Kaskavilla özəl yorğanın şəklini "Instagram" hesabında paylaşaraq "Doğum gününüz mübarək, cənab prezident Vladimir Putin!! Təşəkkürlər Berluskoni" yazıb. 

Qeyd edək ki, Berluskoni və Putinin yaxın dostluq əlaqələri var.

Bəzi mətbuat orqanları bu hədiyyənin rəsmiyyətlə səmimiyyəti eyni anda təmsil etdiyini yazıb.






Fikirlər