Trampın müəllimi onun haqda – “Ən sərsəm ŞAGİRD İDİ”
ABŞ prezident Donlad Trampın universitet müəllimi professor Vilyam Kelley onu “qarşılaşdığı ən sərsəm” şagird adlandırıb. Trend-in məlumatına görə, Pensilvaniya Universitetinin müəllimi deyib ki, tələbə Trampla indi Ağ Evdə oturan prezident Tramp arasında hələ də oxşarlıq var: “Universitetə gəldikdə özünü elə aparırdı ki, sanki hər şeyi bilir”. Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın dövlət katibi Tillersonun Tramp barədə “axmaq” ifadəsi işlətməsi ortaya çıxmışdı. Bundan sonra isə prezident dövlət katibinə IQ testindən keçməyi tövsiyə etmişdi.