İranda ölənlərin sayı 207-ə çatdı, 2 MİNƏDƏK YARALI var - FOTOLAR - YENİLƏNİB
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 141-ə çatıb. AzerTaym.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət 2000-dək insanın yaralanmasına səbəb olub. Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib.İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər cəlb olunublar. 1700-dən çox adamın xəsarət aldığı bildirilir.
İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.
Prezident Həsən Ruhani zərər çəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı xüsusi göstəriş verib.
***
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb. Bu barədə xarici KİV-lər məlumat yayıblar.