“YEGANƏ LAYİQLİ NAMİZƏD İLHAM ƏLİYEVDİR” - “Unutmaq olmaz ki…”

secki

“Biz partiya olaraq, öz ənənələrimizə sadiq qalacağıq. Növbəti ildəki seçkilərdə də Azərbaycana rəhbərlik edəcək yeganə layiqli namizəd kimi İlham Əliyevi görürük. Partiya olaraq, onun namizədliyini müdafiə edəcəyik”.

Bunları hökumətyönlü Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı musavat.com saytına müsahibəsində qarşıdan gələn prezident seçkilərilə bağlı sualı cavablandırarkən deyib.

fezail agMaraqlıdır ki, F.Ağamalı 2018 prezident seçkilərində hakimiyyətin namizədinin dəyişə biləcəyi, Mehriban Əliyevanın namizədliyinin irəli sürüləcəyi ilə bağlı ehtimalları istisna edib. Baxmayaraq ki, bu ehtimalı hətta YAP funksionerləri də belə qəti dillə istisna etmirlər. Sitat: “Bu yanaşmalar yetərincə ciddi əsaslara malik deyil. Təbii ki, Mehriban Əliyeva artıq güclü siyasətçi və dövlət xadimi kimi böyük nüfuz qazanıb, istər ölkə daxilində, istərsə də xaricində. Lakin unutmaq olmaz ki, Azərbaycan Konstitusiyası İlham Əliyevə yenidən namizədliyini irəli sürmək və seçilmək hüququ verir. Bu baxımdan güman etmirəm ki, İlham Əliyev namizədliyindən imtina etsin. İlham Əliyev amilinin olduğu bir zaman kəsimində tamamilə əminəm ki, Mehriban xanım prezidentlik uğrunda marafona qoşulmayacaq. Burada Mehriban xanımın fəaliyyətini bəyənən xoşməramlı insanların olması ilə bərabər, təbii ki, heç də xoş olmayan niyyətləri olanlar da bunu qabarda bilərlər. Çünki bir komanda daxilində iki nəfərin qarşı-qarşıya qoyulması, əlbəttə, doğru deyil. Mehriban xanımın Azərbaycan xalqı içərisində böyük rəğbətə və nüfuza malik olduğunu hər kəs bilir”.

Belə həssas mövzuda F.Ağamalının qəti fikir yürütməsi, açıq mətnlə Mehriban xanımın namizədliyi ehtimalının üzərindən xətt çəkməsi, İlham Əliyevi “yeganə layiqli namizəd” adlandırması maraqlı və düşündürücü hadisədir.






Fikirlər