“Putinin dostları”na AĞIR ZƏRBƏ: Rusiyaya DİZ çökdürəcək PLANIN DETALLARI
ABŞ-ın fərdi sanksiyaları Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafını maliyyə baxımdan məhv edə bilər. Publika.az xəbər verir ki, bu haqda Ukraynanın “Novaya Gazeta” nəşri yazıb. Nəşrin yazdığına görə, ABŞ-da Rusiya oliqarxları və məmurlara qarşı fərdi sanksiyalar haqqında genişmiqyaslı məruzə elan ediləcəyi planlaşdırılır. Qeyd edilir ki, beynəlxalq ekspertlər qrupu “Kreml məruzəsi” üzrə fiqurantların seçilməsinin meyarlarını müəyyən edib. “Rejimə yaxınlığın” əlamətlərindən biri hakimiyyətin təcavüzkar hərəkətlərində iştirak (açıq və ya gizli) etməkdir. İkinci əlamət hakimiyyətə yaxın siyasətçilər və biznesmenlərdir. Onların “Rusiya xalqının hesabına zənginləşməyə” imkan verən korrupsiya sxemlərinin iştirakçısı olduğu bildirilir. “Kreml məruzəsi”nin müəllifləri onun gələcək fiqurantlarının aşağıdakı kateqoriyalarını təklif edirlər: - Rusiya Federasiyasında və onun hüdudları xaricində təcavüzkarlıq, korrupsiya və ya cinayətkar hərəkətlərə görə məsuliyyət daşıyan biznesmenlər, siyasətçilər və dövlət qurumlarının nümayəndələri. - “Putinin Sankt-Peterburqda olan dostları. Onlar 1990-cı illərin əvvəlindən bizneslə məşğul olurlar. - “Qızıl uşaqlar”. Putinin yaxın dairəsinin bəzi üzvləri aktivlərin bir hissəsini uşaqlarına veriblər. Onlar bəzi hallarda şirkətlərdə rəhbər vəzifələr tuturlar. - Putinin şəxsi aktivlərinin “mühafizəçiləri” kimi çıxış edən dostları. Onlardan bəzilərinin adları “Panama dosyesi”ndə yer alıb. - Öz vəziyyəti ilə əlaqədar Putinlə yaxın münasibətlərə məcbur edilmiş və vəsaitlərin oğurluğu üçün öz statusundan istifadə edən dövlət şirkətlərinin menecerləri. - Dövlət şirkətlərinin rəhbərləri. Nəzərdə tutulur ki, məruzə üçün icra və qanunverici hakimiyyətlər konkret addımlar atmalıdır. Daha əvvəl yayılan xəbərə görə, Rusiyanın xüsusi xidmət orqanları Rusiyanın xüsusi xidmət orqanları Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlıqla bağlı Avropa ölkələri və bir sıra başqa dövlətlərdə ABŞ-ın maliyyə kəşfiyyatının görünməmiş fəallığını qeydə alıb. Şəxsi mənbələrə istinadən “Rosbalt” agentliyinin məlumatına görə, söhbət on minlərlə rusiyalıdan, ilk növbədə dövlət şirkətlərinin işçiləri, məmurlar, onların yaxın və uzaq qohumlarından gedir. Vaşinqtonda onların bank hesabları, mülkləri və istənilən başqa aktivləri ilə maraqlanırlar. Amerika maliyyə kəşfiyyatının fəallığı Rusiyanın ABŞ-dakı seçkiləri müdaxiləsinə dair Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırması və Senatın hazırladığı məruzə ilə birbaşa bağlıdır. Gözlənilir ki, iş bu ilin sonunda başa çatdıralacaq və araşdırmanın ilk nəticələri 2018-ci ilin fevralında açıqlanacaq. “Bizdə məlumatlar var ki, siyahı görünməmiş ölçüdə olacaq. ABŞ-da bəziləri az qala Rusiyanın 50 min vətəndaşına qarşı sanksiyaların tətbiq edilməsini təklif edirlər. Görünür, bu, Rusiyadakı prezident seçkiləri ərəfəsində (2018-ci ilin martında keçiriləcək –red.) ABŞ-ın xüsusi demarşı olacaq”, - Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirib . Xatırladaq ki, Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi haqqında rəsmi araşdırma 2017-ci ilin martından aparılır. Araşdırmanın materiallarının bir hissəsi məxfiləşdirilib və dövlətin təhlükəsizliyinin qorunması məqsədilə bu informasiyalar açıqlanmayacaq. Yalnız araşdırmanın nəticələri dərc olunacaq.