Nazir direktoru İŞDƏN çıxardı
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib. “AzerTaym.az” MİA-ya istinadən xəbər verir ki, Lənkəran rayon Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyev tutduğu vəzifəsindən azad edib. O, 65 yaş həddinə görə, pensiyaya göndərilib. Nazir hələlik bu vəzifəni direktor əvəzi kimi Natavan Məmmədovaya həvalə edib.