Növbəti HƏDƏF Oradır - VİDEO
Türkiyə Silahlı qüvvələri Afrin şəhərindən sonra Tel Abyad bölgəsinin PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlaya bilər. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, məqsəd ABŞ-ın Suriyanın şimalında həyata keçirmək istədiyi “sərhəd ordusu” layihəsini məhv etməkdir. Tel Abyad ABŞ-ın çatdırdığı ağır silahların toplandığı, həmçinin bir neçə bazanın olduğu ərazidir. Tel Abyadın PYD-dən təmizlənməsi ilə “terror dəhlizi”nə ağır zərbə vurulacaq və terror təşkilatının Ayn əl-Arab-Kamışlı bağlantısı kəsiləcək. PYD həyata keçiriləcək əməliyyatla həm şərq, həm də qərbdən sıxışdırılacaq. Ekspertlər də hesab edir ki, Türkiyə Afrin əməliyyatı ilə kifayətlənməməli, növbəti hədəflər Münbic, Tel Rifat və Tel Abyad olmalıdır. Qeyd edək ki, Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD terrorçularına bu gün “reaksiya ölçmə atəşi” açıb. Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb. Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.
Ərdoğan anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI - İlk zərbədə 30 ölü