Bayılda yeraltı ÇAYLAR varmı? - Mütəxəssis SÖZÜ

Teleqüllənin yaxınlığındakı ərazidə çatların üzərinə yeni mayaklar qoyulub.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu gün sürüşmə ərazisində dəyişiklik olub-olmaması barədə məlumat əldə ediləcək:

Ərazidə həm də qazma işləri aparılır. Nəticəyə görə, məlumat verə biləcəyik”.

Əziz Qaralov Səbail İcra Hakimiyyətinin Bayıl ərazisində yamac boyunca iki yeraltı çay axdığını müəyyən edilməsi açıqlamasına da münasibət bildirib.

O bildirib ki, “yeraltı çay axır” demək mütəxəssis sözü deyil:Kiminsə, fikrini götürüb yazırlar. Yeraltı su yığını, lay suları, sulu horizontlar ola bilər. Təbii ki, bunlar yerin altında olur. Bayılda yeraltı çayın axması mümkünsüzdür”.






Fikirlər