Sarkisyandan ŞOK ETİRAFLAR: “İlham Əliyev İrəvanı...”

Sarkisyandan ŞOK ETİRAFLAR: “İlham Əliyev İrəvanı...”

Ermənistanda tanınmış politoloq Manvel Sarkisyan ABŞ kəşfiyyatının Dağlıq Qarabağda müharibə təhlükəsi haqda açıqlaması və Azərbaycan Prezidenti İlham Əliyevin İrəvan mesajı haqda maraqlı açıqlamalar verib.

Publika.az
 xəbər verir ki, M.Sarkisyan Qarabağda müharibənin olması ehtimalını istisna etmir.


Lakin o, daha çox ABŞ kəşfiyyatının məruzəsində Rusiya haqda deyilənlərə diqqət çəkir.

Məruzədə qeyd olunur ki, Qarabağda müharibə olarsa, Rusiya müttəfiqi Ermənistanı dəstəkləməyə məcbur olacaq. Əslində burada Rusiyaya mesaj göndərilir, daha doğrusu, Rusiyaya siyasi təzyiqdir. Yəni Amerika “sabah sən hansısa addımlar atmağa məcbur olacaqsan” mesajını verir. Bu bəyanat hazırda baş verən regional proseslər fonunda diqqət çəkir. Xüsusilə Suriyada baş verənlər fonunda. Yəni, Rusiyaya deyilir ki, daha da irəli getsən, sabah sərhədlərində istəmədiyin hadisələr olacaq və sən məcbur olaraq bu prosesə qoşulacaqsan”, - deyə o bildirib.

Sarkisyan hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İrəvanı qaytaracağıq” mesajı təsadüfi deyildi: “Ermənistanda belə mesajları anlamağa imkan verən strategiya yoxdur. Ona görə də İrəvan Bakının mesajı qarşısında susur, özünü eşitməzliyə vurur. Halbuki, Əliyevin bu mesajı heç də seçkiyə hesablanmayıb, ortada Azərbaycanın gələcəyə hesablanmış ciddi strategiyası var. İlham Əliyev dünyada baş verənləri yaxşı oxuya bilir. O görür ki, ABŞ indi Rusiyaya açıq şəkildə təzyiq edir, rəqiblərini bir-bir vurur. Bu situasiyadan istifadə edərək, Əliyev irəliyə doğru addım atır. İrəvanda isə hər kəs masanın altında gizlənib susur”.






Fikirlər