“RUSİYANIN dağıdılması və...” - ABŞ-ın dəhşətli HƏDƏFLƏRİ AÇIQLANDI
“Rusiya ABŞ-ın mümkün sanksiyalarına müxtəlif formada cavab verə bilər”. Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Hərbi Elmlər Akademiyasının müxbir üzvü, politoloq Sergey Sudakov Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib. “Sanksiyaların yekun hədəfi nədir? Ticarət müharibəsi, Rusiyanın qərb dünyasından təcrid olunması, yoxsa ölkənin dağıdılması? Reaksiya hədəfin qoyuluşundan asılı olacaq. Qəbul edilmiş sanksiyaları təhlil etsək, onların maliyyə və müdafiə sferamıza aid olduğunu görərik. Ümumiyyətlə, ABŞ hər şeyi etmək istəyir ki, Rusiya böyük silah bazarından çıxsın. Həmçinin “Kreml siyahısı” qəbul edilib. Buraya top-məmurlar və top-oliqarxlar daxil edilib. Deməli, Amerikanın çoxplanlı hədəfi var”, - Sudakov bildirib. Politoloqun sözlərinə görə, Rusiyanın cavabı kimi yeni müttəfiqlər əldə etmək əhəmiyyətlidir. O qeyd edib ki, Rusiya istəkdən asılı olaraq yaxın vaxtlarda ABŞ-a güclü zərər vuracaq sahə üzrə sanksiyalar tətbiq edə bilər: “Əgər biz ABŞ-a titanı satmağı dayandırsaq, onda bu ölkənin ən böyük aviatikinti və hərbi korporasiyaları üçün çox böyük problemlər yaranacaq. Və biz yeni alıcı tapa biləcəyik. Həmçinin atom stansiyaları üçün satdığımız plutoniumun çatdırılmasını dayandırmaq olar”. Ekspertin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən elan edilən sanksiyalar ehtimal ki, silah və maliyyə sferaları ilə bağlı olacaq. Fevralın 27-də ABŞ Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin bildirib ki, yeni sanksiyalar 30 gün ərzində tətbiq ediləcək. Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov söyləyib ki, Moskva Amerikanın sanksiyalarına “müxtəlif formada” cavab verə bilər.