Tramp Kim Çenlə GÖRÜŞƏ RAZILIQ verdi
ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen İnlə görüşə razılıq verib. Teleqraf.com xəbər verir ki, Tramp Kim Çenlə 2018-ci ilin mayına qədər görüşmək niyyətindədir. Bu halda Seulun nümayəndəsi bildirib ki, Şimali Koreya lideri ABŞ-ın müttəfiqləri ilə plan təlimlərinin davam etməli olduğunu anlayır. Qeyd edək ki, D.Trampa təklifi KXDR lideri ilə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon İn Yön çatdırıb. O, Şimali Koreya liderinin yarımadanın nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. "Kim Çen Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib", - deyə Çon İn Yön bildirib.