İLHAM Əliyev Əbdülfəttah əs-SİSİNİ TƏBRİK ETDİ
Azərbaycan prezidenti İlham Əliyev Əbdülfəttah əs-Sisini Misir Ərəb Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
AzerTaym.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm".