ABŞ BU ÖLKƏLƏRİ MÜHARİBƏ MEYDANINA ATIR – TRAMPIN ŞOK PLANI ORTAYA ÇIXDI

ABŞ bu ölkələri müharibə meydanına atır – Trampın şok planı ORTAYA ÇIXDI

ABŞ-ın prezidenti Donald Trampın administrasiyası ölkənin şimal-şərqində vəziyyətin sabitləşməsi üçün Amerika hərbi kontingentini ərəb ölkələrindən olan hərbi qulluqçularla əvəz etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda Amerika məmurlarına istinadən “Wall Street Journal” qəzeti bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizliyi üzrə məsləhətçi Con Bolton yaxın vaxtlarda Misirin Ümumi Kəşfiyyat Xidmətinin başçısının vəzifələrini icra edən general Abbas Kamelə zəng edib və Qahirənin sözügedən planın reallaşdırılmasında kömək göstərib-göstərməyəcəyi ilə maraqlanıb. Qəzet qeyd edir ki, daha əvvəl ABŞ administrasiyası Suriyanın şimal hissəsinin bərpası üçün milyardlarla dollar vəsaitin ayrılması xahişiylə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) müraciət edib. Məmurların məlumatına görə, ölkə rəhbərliyi həmçinin istəyir ki, ərəb ölkələri hərbi qulluqçularını regiona göndərsin.

Nəşr qeyd edir ki, ABŞ administrasiyasının yeni təşəbbüsü Suriyada təhlükəsizlik sahəsində yaranan “boşluq”dan qaçmağa yönəlib. Yaxın Şərq İnstitutununun analitik mərkəzinin böyük elmi işçisi Çarlz Lister hesab edir ki, yeni güclərin çağırışı problematikdir, çünki Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə hərbi qüvvə saxlayır, Misir isə prezident Bəşər Əsədin nəzarət etmədiyi əraziləri müdafiə etmək istəməyəcək. Həmçinin, onun fikrincə, ABŞ Suriyada hərbi qüvvə saxlamaq istəməsə, ərəb ölkələri bu ölkəyə hərbçilərini yollamağa razılaşmayacaq.

Bir gün əvvəl Ağ Ev bildirib ki, ABŞ Suriya ərazisini mümkün qədər tərk etmək niyyətindədir. Bazar günü isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, Amerika qoşunları yalnız qarşıya qoyulan bütün məsələlərin yerinə yetirilməsindən sonra Suriyanı tərk edəcək. Bu məsələlər isə İŞİD terror təşkilatı üzərinə tam qələbə, kimyəvi silahın ABŞ üçün risk daşımadığına dair zəmanət və İranın hərəkətlərinin izlənilməsidir.






Fikirlər