NATO və RUSİYA BAKINI SEÇDİ

NATO və Rusiya Bakını seçdi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti Bakıda görüşəcəklər.

Valeri Gerasimovun bu gün Bakıya işgüzar səfərinin məqsədi Kartis Skaparotti ilə görüşməkdir.

Tərəflər Rusiya və NATO-nun Avropa regionunda hərbi fəaliyyətini, həmçinin Suriya məsələsi ətrafında fikir mübadiləsi aparacaqlar.

Səfər zamanı Valeri Gerasimovun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

publika.az






Fikirlər