REKTORUN QIZI VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ -VİDEO

REKTORUN QIZI VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ -VİDEOXəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva martın 9-da gecə saat 4 radələrində Bakının mərkəzində döyülüb və işgəncəyə məruz qalıb.
Hadisə Səbail rayonu ərazisində – Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib.

Ülkər İsayeva tanışları olan Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisəni müşahidə kameraları vasitəsiylə qeydə alan Bakı polisi cinayət işi açıb və Məmmədov qardaşları saxlanılıblar.


Rəsmi məlumatda bildirilir ki, Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “ BENTLEY” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endirmişlər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksi maşınından düşürdürək yerlə sürümüş, təkrarən əl və ayaqla zərbələr endirmişlər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ü. İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalmışdır.

REKTORUN QIZI VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ -VİDEO

Bakı BPİ və Prokurorluğunda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə müşayət edilən hərəkətlər üzrə istintaq aparılaraq 12.03.2015-ci il tarixində Məmmədov Zaur Muxtar oğlu barəsində Azərbaycan Respublikasının CM-nın 221.2.1 maddəsi ilə cinayət işi açılmış, həmin gün o şübhəli şəxs qismində tutulmuşdur.

14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir.

14.03.2015-ci il tarixdə Zaur və Elin Məmmədovlar barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilmişdir. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən, Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad edilmişlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cinayət hadisəsi ilə bağlı məlumatın doğruluğunu təsdiqləyib.

AzPolitika.info-ya daxil olan məlumata görə, gecə yarısı rektor qızını döyən və işgəncə verən qardaşların atası imkanlı iş adamıdır. Lakin qəribədir ki, bizə verilən məlumatda zərərçəkən və ailəsinin Məmmədov qardaşlarından şikayətçi olmadıqları bildirilir. Çox guman ki, məhkəmə də bunu və bir sıra başqa amilləri nəzərə alaraq prokurorluğun həbs tələbini rədd edib.

Hadisənin digər təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.







Fikirlər