ARİF RƏHİMZADƏ MÜSTƏQİLLİYİMİZƏ QARŞI ÇIXMASINA BƏHANƏ TAPIB

yencag.az_2017-03-02_14-42-32

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mayın 1-də keçirilən iclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi məsələsi müzakirə olunarkən “istiqlalıçı deputatlar” barədə danışıb.

“Tez-tez mətbuatda “istiqlalçı deputatlar”dan yazılır. O vaxt parlamentdə 350 deputat var idi. Onlar hamısı müstəqilliyə səs veriblər. Sadəcə istiqlalçı kimi adları çəkilən 43 nəfər SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə çıxıblar. Kimlərsə o vaxt özünü “Demblok”, “Komblok”a bölmüşdülər. Axı, kimin pasportunda ya da diplomunda bu sözlər yazılmışdı?. Bütün hallarda bu məsələlərə son qoymaq lazımdır. Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm, kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlasın”-deyə, S. Novruzov bildirib.

Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız “İstiqlalçı deputatlar” SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər”.

Modern.az saytı 1991-ci ildə parlamentin üzvü olmuş köhnə-təzə deputatların mövqiyini oxucuların diqqətinə çatdırır.

arif rehimzade azpolitika1991-ci ildə SSRİ-nin saxlanmasına tərəfdar omuş deputat, hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, 1991-ci ilin oktyabrın 18-də əldə etdiyimiz müstəqillik formal müstəqillik idi: “Müstəqilliyin daxilində müstəqilliyə xas olan elementlər yox idi. Misal üçün deyim. Büdcəni qəbul etmək məsələsi kənarda qalmışdı. Azərbaycanın büdcəsi yox idi. Həmin vaxt büdcə qəbul edilmədi. Təsəvvür edin. Dövlət bilmir ki, onun büdcəsi var və o hansı işlərlə məşğul olmalıdır. Hara nə xərclənməlidir. İndi isə bizim büdcəmiz 20 milyard manata çatır. Azərbaycanın büdcəsi sovet dövründə bir çox respublikalardan fərqli olaraq dotasiyalı olmayıb. Büdcəmizi tamamlamaqdan ötrü nəinki kənardan vəsait almamışıq, əksinə, ümumittifaq büdcəsinə vəsait vermişik. Ancaq 1991-ci ildə müstəqilliyimizi əldə edəndə, büdcə formalaşdıra bilmədik.Büdcəni formalaşdıra bilməməyimiz, obyektiv imkanın olmaması ilə bağlı deyildi. Sadəcə, hakimiyyətə gələn insanların bəziləri romantik idi. Onların içində şəxsi maraqlarını güdən insanlar az deyildi. Ən əsası, aralarında professional adam yox idi. Ona görə də büdcəni formalaşdıra bilmədik. Büdcə yoxdursa, dövlət il ərzində nə ilə məşğul olacaq?! Heç kəs heç nə deyə bilməzdi. Sonrakı illərdə Azərbaycan müstəqilliyi real məsələlərlə təmin etdi. 1995-ci ildə Azərbaycanın büdcəsi qəbul edildi. Ordu yaradıldı. Müstəqilliyimizin bərpasının ilk illərində ən faciəli məsələ o idi ki, Azərbaycanda vətəndaş müharibəsi başlayırdı. Onun qarşısı alındı. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Hərc-mərclik baş alıb gedirdi. Siz bu formada küçəyə çıxa bilməzdiniz. Gəlib boynunda, qulağında olan zinət əşyalarını qoparırdılar. Deyirdilər ki, bu, müdafiə məqsədləri üçün edilir”.

Deputat müstəqilliyi istəməmisnin səbəblərini belə izah edib: “Əvvəla, Azərbaycanı idarə edə bilən və xalqın etibar edəcəyi bir rəhbər yox idi. Elə bir şəraitdə müstəqillik əldə etmək çox çətin məsələ idi. Hesab edirdim ki, hansısa qrupun onu parlament səviyyəsində həll etməsi düzgün deyil. Referendum keçirilməli idi. Xalqın səsverməsi nəticəsində o məsələ öyrənilməli idi. Məhz, bu səbəbə görə Müstəqillik Aktına imza atmadım”.

vahid“İstiqlalçı deputat” Vahid Əhmədov bildirib ki, 1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda xalq hərakatının başlaması müstəqilliyə gətirib çıxardı.
“Azərbaycan müstəqillik əldə etmək üçün çox ağır yol keçib. 1991-ci il martın 17-də keçmiş SSRİ-nin saxlanılması ilə bağlı refendum keçirildi. O zaman Azərbaycan Ali Sovetindən 361 deputatdan yalnız 43-ü sovet quruluşunun buraxılmasına səs verdi. Onlardan da biri mərhum prezident Heydər Əliyev idi”.

V.Əhmədov bildirib ki, sonradan ölkə rəhbərliyi tərəfindən sovet quruluşunun buraxılmasına səs verən 43 deputata çoxlu təzyiqlər olub:“Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktından sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət müsəssisələrində, təşkilatlarında və s. yerlərdə ucaldıldı. Azərbaycan artıq 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bəzi iradlar var ki, Azərbaycan müstəqillik dövründə nələr əldə edib? Mən də deyirəm ki, Azərbaycan bu illər ərzində çox şey əldə edib. Bütün beynəlxalq tədbirlərdə bayrağımız yüksəlir, Azərbaycan nüfuzlu idman yarışlarına evsahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Qarabağ problemidir. Bu problemin də həlli yalnız gücdən keçir”.

Göründüyü kimi, müstəiliyimizin əleyhinə səs verən Arif Rəhimzadə bu gün də o vaxtkı mövqeyinə, hərəkətinə görə peşiman olmadığını nümayiş etdirir, hətta bunu uca səslə dilə gətuirməkdən də çəkinmir. Bununla istiqlalımız urunda canından keçənlərin, şəhidlərin ruhuna hörmətsizlik edən bu şəxs nə yazıq ki, müstəqil Azərbaycanın ştatlı deputatdır. Həmin vaxt istiqlal uğrunda mübarizə aparanların bir çoxu sonradan həyatını ehtiyac içində keçirsə də, dövlətimizi bərpa etməyimizə qarşı çıxan yoldaş Rəhimzadə müstəqillikdən ən çox yararlanan, deputat kimi yüksək əmək haqqı,imtiyazlar əldə edənlərdən biridir. Övladlarını da yüksək vəzifələrə yerləşdirib.

Ancaq görünən odur ki,bütün bunlar belə onun düşüncəsini, Moskvaya bağlılığını dəyişməyib. Dəyişsəydi, bu gün o vaxtkı, yumşaq desək, SƏHV mövqeyinə görə Azərbaycan xalqından üzr istəyər, vaxtında güclü Azərbaycan dövlətinin qurulması uğrunda mübarizəyə qoşulmadığı üçün peşiman olduğunu söyləyərdi. Söyləmir, hətta susmur da!

Əvəzində çıxıb Müstəqillik Aktına imza atmamasına, əleyhinə çıxmasına bəhənə axtarır. Öz qəbahətli mövqeyini primitivcəsinə “Azərbaycanın büdcəsi yox idi” deyə əsaslandırmağa çalışır. Sankı Müstəqillik Aktını imzalayanlar Rusiyanın müstəmlələsindən qurtulmağa səs verməzdən öncə, oturub büdcə formalaşdırmalıymış?! Rəzalətdir!

2811

Həmin Müstəqillik Aktını imzalayanlardan biri də mərhum prezidentimiz Heydər Əliyevdir. Məgər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilllik əldə etdikdən sonra təbii olaraq, müəyyən problemlərlə qarşılaşacağını, iqtisadi-siyasi çətinliklərə məruz qalacağını görmürdü? Əlbəttə, görürdü. Ancaq o və Müstəqillik Aktına imza atanlar Azərbaycanın müstəqilliyini bərpa etməyin hər şeydən üstün olduğunu qəbul edir, bunun üçün həyatlarını riskə atmaqdan belə çəkinmirdilər.

İndi Arif Rəhimzadə sual vermək lazımdır ki, o vaxt Heydər Əliyev düz mövqe tutub,yoxsa sən! Sən özünü o vaxt Müstəqillik Aktına imza atanlardan, o cümlədə mərhum prezidentimizdən ağıllı, uzaqgörən sayırsan? 

Qeyd edək ki, o zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.

Qəribə də olsa, müstəqilliyinin əleyhinə səs verənlərin bir çoxu müstəqillik illərində yüksək vəzifə tutub, deputat olub. Bəziləri bu gün də vəzifədədir və deputatdır. Müstəqil dövlət olmağımızın əlyhinə səs verənlər arasında müstəqilik illərində tutduğu vəzifə hesabına milyonçuya çevrilən, oliqarx olan, nəvəsinə milyonluq maşın kolleksiyası yaradanlar da var. azpolitika.info müstəqilliyin əleyhinə səs verənlər arif rəhimzadə əhməd əhmədzadə əli həsənov

Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik. :

1. Arif Rəhimzadə - deputat

2. Yaşar Əliyev - Azərbaycanın Çindəki sabiq səfiri

3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini

4. Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti

5. Samur Novruzov – sabiq deputat, vəfat edib

6. Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri

7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü

8. Gülnarə Qurbanova – sabiq deputat

9. Mixail Zabelin - deputat

10. Sultan Məmmədov – sabiq deputat, biznes fəaliyyətilə məşğuldur

11. Zeynəb Xanlarova - Xalq artisti, deputat

12. Madər Musayev – deputat

13. Yaşar Rzayev – sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı

14. Gennadi Timoşenko - sabiq deputat

15. Həsən Həsənov – keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir

16. Əli Həsənov - Baş nazirin müavini

17. Şair Həsənov - Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir

18. İrşad Əliyev - sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı

19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri

20. Aslan Süleymanov – sabiq deputat

21. Arif Ağayev - Yasamal və Samuxun keçmiş icra başçısı

22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı

23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı

24. Tapdıq Kamalov - sabiq deputat

25. Rüfət Əsədov – Nazirlər Kabinetində sabiq şöbə müdiri

26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı

27. Arif Mövsümov – Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib

28. Cahangir Hüseynov – sabiq deputat

29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir

30. Telman Orucov – Sabiq deputat

31. Çingiz Sadıqov – sabiq deputat, vəfat edib

AzPolitika.info

 






Fikirlər