ABBAS ABBASOVUN OĞLU DİLƏ GƏLDİ - ATAMA BÖHTAN ATILIR...

Abbas Abbasovun oğlu dilə gəldi- ATAMA BÖHTAN ATILIR...

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov başda Orduxan Teymurxan olmaqla, mühacir müxalifət fəallarının atası tərəfindən maliyyələşdirilməsi haqda yayılan informasiyalara cavab olaraq xüsusi bəyanatla çıxış edib.

Özünün sosial şəbəkədəki hesabında sabiq deputat atasına böhtan atıldığını deyir:

Yaşamaq üçün ürə gərək, vicdan gərək, səmimiyyət gərək!

Allah dövlətimizi və dövlət əxlaqı olan kişilərimizi qorusun.

Dövlətə, millətə, rəhbərə necə xidmət olunur, biz bunu ailədən gördük. Təhrikçilər və böhtançılar həmişə olub və gələcəkdə də olacaq, onlara zaman özü cavab verəcək. Biz isə millətə, dövlətə və prezident İlham Əliyevə xidmət etməyə davam edəcəyik. Və kim ki, sizə belə məqalələri sifariş edir, qoy öz fikirlərini nizama salsınlar və mənəvi sima əldə etsinlər. Bu, atam haqqında böhtan və yanlış məqalələrə mənim qısa cavabımdır. Ümid edirəm ki, mən öz fikirlərimi əxlaq çərçivəsində çatdıra bildim".

gununsesi.info






Fikirlər