PREZİDENT MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞDÜ
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. AzerTaym.az məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib. Dövlət başçısı veteranlarla xatirə şəkli çəkdirib.
Müharibə veteranları ilə görüşən prezident Qələbə günü münasibətilə onları təbrik edib.