AKİF ƏLİZADƏ yenidən AMEA-nın PREZİDENTİ SEÇİLDİ

Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçildi

Bu gün AMEA prezidentliyi postuna seçki keçirilib.

AzerTaym.az xəbər verir ki, yığıncaqda say komissiyasına beş nəfərin namizədliyi təsdiq edilib. Daha sonra akademiya prezidentliyinə namizədlər irəli sürülüb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış edərək Akif Əlizadənin namizədliyini irəli sürüb.

Yığıncaq üzvləri də Akif Əlizadənin namizədliyini təsdiq edib. 66 nəfər seçkidə iştirak edib.

Beləliklə, gizli səsvermə nəticəsində akademik Akif Əlizadə  yenidən AMEA-nın prezidenti seçilib.

***

AMEA-nın yenidən seçilən prezidenti Akif Əlizadə çıxışında qeyd edib ki, bundan sonra da var gücü ilə çalışacaq: "Prezident İlham Əliyev qarşımıza vəzifələr qoyub. Azərbaycan elmi irəlidə olmalıdır. Qarşıya qoyulan vəzifələrin icrası bizim elmimizin əaas inkişaf yoludur. İslahatları bir qədər də dərinləşdirək, intibah yolunu bir qədər də genişləndirək. Çünki qarşıda duran ən böyük məsələ budur".

 






Fikirlər