ADU-da 17 tələbəyə “super tələbə” adı verilib

ADU-da 17 tələbəyə “super tələbə” adı verilibAzərbaycan Dillər Universitetində (ADU) mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin illik konfransına yekun vurulub.

Konfransın yekun iclasında ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxış edərək bu il Tələbə Elmi Cəmiyyətinin işindən razı qaldığını deyib. O, elmə marağı olan tələbələrin sayının ildən-ilə artmasının, onların daha səlis natiqlik bacarıqlarına sahib olmalarının, çıxışlarını müasir avadanlıqlarla və slaydlarla təqdim etmələrinin sevindirici hal olduğunu söyləyib. Tələbələrin elmlə məşğul olmağa üstünlük vermələrinin onların gələcək inkişafında mühüm rol oynayacağını bildirən D.Yunusov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından bölmə rəhbərlərinə, eləcə də tələbələrə təşəkkür etdi və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bölmə rəhbərlərinin təklif və iradları səsləndirildi, müvafiq təkliflər dəyərləndirilib.

Konfransda 1200 nəfər tələbə arasından seçilən 850 nəfərdən çox tələbə müxtəlif mövzularda çıxış etdiblər. Tələbələrdən 17 nəfəri “super tələbə” adına layiq görülüb və bu tələbələr gələcəkdə xarici ölkələrdə keçirləcək beynəlxalq konfranslarda iştirak etmək şansına malik olublar. Tələbələrdən 75 nəfəri I, 70 nəfəri II, 70 nəfəri isə III dərəcəli diplomlarla təltif edilib. Bundan əlavə, konfransda iştirakına görə 125 nəfər tələbəyə təşəkkür elan edilib.

Üç gün davam edən konfransda müxtəlif mövzular üzrə 24 bölmədə iclaslar keçirilib, 800-dən çox məruzə dinlənilib. Konfransda təqdim olunan tezislər “Tezislər kitabı”nda dərc olunacaq.






Fikirlər