İrəvanın “İSLAHATLARI” ABŞ-ı “qorxutdu” – SƏRKİSYAN BAKIYA gələcək?

Amerikalı diplomatdan Paşinyana xəbərdarlıq: “Elə etməyin ki...”; Ermənistanın baş naziri ilə prezidenti arasında çəkişmə böyüyür – səbəb; ABŞ-da səfərdə olan Armen Sərkisyan Ağ Evdə niyə qəbul edilmədi? erməni qəzetindən şok iddia...

Ermənistanda “səssiz inqilab” dalğasında hakimiyyət dəyişikliyindən iki aya yaxın vaxt keçir. Bu müddət yeni baş nazir Nikol Paşinyanın fəaliyyəti ən çox populist vədləri və bir də ölkədə aparılan qalmaqallı həbslərlə yadda qalmaqdadır. Hələ ki işğalçı ölkənin əhalisinin sosial-iqtisadi durumunda müsbət heç bir irəliləyiş qeydə alınmayıb. Ermənistandan kütləvi köç də dayanmayıb. Paşinyanı hakimiyyətə gətirmiş narazı xalq ondan çörək, iş yerləri gözləsə də, baş nazir xalqı həbslərlə “yedizdirir”. Vəd edilən dərin islahatlar isə gözə dəymir. Ermənistanda islahatların özündən çox, görüntüsü var yazsaq, əsla yanılmarıq. 

Zaman isə daralır. Çünki qəzəbli kütlə öz güzəranının yaxşılaşması üçün sonsuzadək gözləyib səbir göstərə bilməz. Günün birində Paşinyandan məyus olan xalq onu hakimiyyətə gətirdiyi kimi, oradan da sala bilər. Bu üzdən, deyəsən, “Amerika uşağı” Paşinyanın “islahatları” elə Amerikanın özündə də narahatlıq yaratmağa başlayıb.

*****

Ağ ev ile ilgili görsel sonucu

“Ermənistanın yeni hakimiyyətinin korrupsiyalaşmış generallara və xadimlərə qarşı atdığı addımlar tərifə layiqdir. Ancaq daha çox iş görmək lazımdır. Bu, heç bir halda sırf bəzi korrupsiyalaşmış xadimlərə qarşı mübarizəyə çevrilməməlidir. Ədliyyə sistemində və məhkəmə strukturunda ciddi islahatlar həyata keçirmək, həmçinin siyasi və iqtisadi sferaları ayırmaq zəruridir”.

“Yeni Müsavat” AzadlıqRadiosunun erməni bölümünə istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenet Yaloviçin Ermənistandakı son durumla bağlı İrəvan rəsmlərinə ünvanlı müraciətindəndir. Eks-diplomatın sözlərinə görə, korrupsiya ilə mübarizə  zamanı qanunçuluğu və insan haqlarını qorumaq mühüm şərtdir.

Gürcüstanla paralellik aparan sabiq diplomat ardınca Ermənistan hakimiyyətini öz qonşusunun səhvlərini təkrarlamamağa çağırıb. “Mixail Saakaşvili hökuməti oliqarxları və korrupsiyalaşmış xadimləri təqib eləməyə başladı, ancaq onun bu hərəkətləri açıq, şəffaf hüquqi proseslərlə müşayiət edilmirdi. Mən Ermənistan hökumətini bundan qaçmağa çağırıram”, - deyə o əlavə edib.

Ä°lgili resim

Əlbəttə ki, dərin islahatlar üçün rəhbərlikdə siyasi iradənin olması birinci şərtdir. Rusiyanın vassalı sayılan Ermənistanda isə belə islahatları aparmaq asan məsələ deyil. Həm də o səbəbə ki, iri oliqarxların, keçmiş siyasi xadimlərin əksəriyyəti Rusiyaya, oradakı siyasi sistemə bağlı adamlardır. Yəni qalmaqallı həbslərlə əslində doyasıyla Rusiyanın Ermənistandakı “quyruğu” da tapdanmış olur...              

*****

Bu arada İrəvandakı “Qraparak” qəzeti baş nazir Nikol Paşinyanın prezident Armen Sərkisyanla münasibətlərinin kəskinləşməkdə olduğunu yazıb. “Yen Müsavat”ın məlumatına görə, qəzet bu rəqabətin ən çox da xarici siyasət sferasında özünü göstərdiyini yazıb.

Sitat: “Bizdəki məlumata görə, mümkündür ki, Armen Sərkisyan Bakıya gedəcək. Hərçənd prezidentin iqamətgahındakı mənbələrimiz bunu absurd hesab edir. Həmçinin informasiya var ki, Arnmen Sərkisyan İrana gedəcək”.

Paşinyan ile ilgili görsel sonucu

Qeyd edək ki, hazırda A.Sərksiyan ABŞ-da səfərdədir. Bura o, Avropadan gəlib. Məlumatlara görə, səfərdə əsas məqsəd Ermənistana böyük sərmayə  və sərmayəçilər cəlb eləməkdir. O sırada varlı Amerika və Avropadakı  zəngin erməni lobbisinin yeni erməni hakimiyyətinə qarşı daha səxavətli olacağına ümidlər bəslənir.

“Bəli, Avropa və ABŞ-a səfər öncəsi Armen Sərkisyan İranın Ermənistandakı səfiri ilə görüşüb. Ancaq İrana səfər məsələsi müzakirə edilməyib. Bununla belə, bizdəki bilgilərə əsasən, Armen Sərkisyan İrana gedəcək. Bizə deyilib ki, ”yekun tarix dəqiqləşdirilir". Yaxın günlərdə - iyunun 11-12-də isə Nikol Paşinyan NATO-nun sammitinə qatılmaq üçün Brüsselə gedəcək - hansı sammitdə ki, əsas mövzu Rusiya təcavüzünü önləməklə bağlı olacaq", - deyə “Qraparak” sonda vurğulayıb.

*****

Paşinyanın Brüssel səfəri ile ilgili görsel sonucu

“Yeni Müsavat” olaraq, Paşinyanın Brüssel səfərinin Rusiyada ciddi qıcıq yaradacağı, hətta bunun Kremlə qarşı faktiki de-marş olacağını yazmışıq. Üstəlik, sammitdə Rusiya əleyhinə kontur-tədbirlər xüsusi diqqətdə olacaq. Bu mənada işğalçı ölkənin prezidentinin və baş nazirinin daha çox Qərb paytaxtlarına üz tutması, eyni zamanda ABŞ-a xoş getmək üçün İrana səfərlərdən çəkinməsi Moskvanın diqqətini çəkməyə bilməz.

Yeri gəlmişkən, Amerikaya 3 günlük səfərdə olan Armen Sərksiyan hələ ki Ağ Evdə prezident Donald Trampın qəbuluna düşə bilməyib. ABŞ hökumətində bu səfərə elə bir maraq gözə dəymir. Son məlumatlara görə, Sərkisyan ABŞ Senatında Ermənistan Respublikasının yaranmasının 100 illiyi ilə bağlı düzənlənən tədbirə qatılıb. Tədbirdə ABŞ Konqresi və Senatının bir sıra üzvləri, habelə ABŞ Administrasiyasının bəzi yüksək çinli şəxsləri, Amerika erməni icmasının nümayəndələri iştirak ediblər.






Fikirlər