Erməni inqilabı “BALALARINI” yeməyə başlayır – Paşinyan üçün gerisayım

İşğalçı ölkənin yeni rəhbərliyi “köhnəlir” - etimad böhranı yaxında; İrəvanın Azərbaycana qarşı “NATO bəhanəsi” də onu xilas etməyəcək, çünki...; qərbyönlü erməni nəşri: “Ermənistan üçün hadisələrin sonluğu dəhşətli olacaq...”

Ermənistanın “ümumxalq” baş naziri Nikol Paşinyan ekzotik gedişlərini davam etdirir.

Avropaya ilk təmtəraqlı səfəri fiasko olan Paşinyan Brüsseldən geri dönəndən sonra ənənəvi avantürist ritorikasının dozasını bir az da artırıb, onu əlləri üstdə hakimiyyətə gətirmiş xalqın başını qatmaq və narazı kütləyə verdiyi vədləri unutdurmaq üçün yeni populist addımlar atmağa qərar verib. 

Erməni baş nazirin Avropadan qayıdan kimi işğal altındakı Qarabağa növbəti qanunsuz səfər edərək, Azərbaycanın ünvanına yeni hədyanlar söyləməsi, “müharibə hazırlığı” görüntüsü yaradıb xalqa müraciət eləməsi, bu zaman oğlu Aşotun da Qarabağda hərbi xidmətdə olduğunu xüsusi vurğulaması, daha doğrusu, ermənilərin gözünə soxması, erməniləri hər şey hazır olmağa çağırması şəksiz ki, ən əvvəl xarici siyasətdəki uğursuzluğu pərdələməyə yönəlib.

Vaxt isə keçir. Keçdikcə də “inqilabçı” xalq öz inqilabının real nəticələrini daha tez görmək istəyir - xüsusən də daxili siyasətdə, sosial-iqtisadi sahədə, öz güzəranında. Lakin ötən yazılarda qeyd elədiyimiz kimi, xarici siyasət daxili siyasətin davamı olduğundan, Ermənistan isə Rusiyanın vassalı statusu daşıdığından, daxildə inqilabi dəyişikliklər eləmək müşkülə çevrilib.

*****

David Tonoyan da oğlu Edqarı ile ilgili görsel sonucu

Bu arada baş nazirin ardınca Ermənistanın müdafiə naziri David Tonoyan da oğlu Edqarı hərbi xidmətə yollayıb. Musavat.com erməni mediasına istinadən xəbər verib ki, E.Tonoyan 16 iyulda hərbi xidmətə gedib. O da Aşot Paşinyan kimi Azərbaycanın işğal olunmuş ərazisində -  Qarabağda xidmət keçəcək.

Bu da sizə indi Ermənistanın münaqişə tərəfi və işğalçı olmasına dair növbəti sanballı fakt, eyni zamanda daha bir populist gediş. Bu cür populizmlə nə işğalçı ordunun gücünə güc qatmaq və orduya çağırışçı problemini həll eləmək mümkündür, nə ermənilərin qarnını doyurmaq və yeni iş yerləri açmaq.

Ä°lgili resim

Ordunu gücləndirmək üçün ilk növbədə böyük maliyyə, maliyyə üçün də güclü iqtisadiyyat və yax ən azından, böyük təbii sərvətlər lazımdır. Bunların heç biri blokada rejimində olan və dünya okeanına çıxışdan məhrum Ermənistanda yoxdur. Müşahidələr göstərir ki, hətta varlı erməni lobbisi də bütün cidd- cəhdlərə rəğmən, öz ciblərini Paşinyan hökuməti üçün həvəslə açmağa hazırlaşmır. Çünki pulunun qədrini bilir, məntiqli düşünür və islahat nağıllarına inanmır, Rusiya amilini ciddiyə alır.    

Demək, Paşinyan hökuməti də Rusiyanın əlinə baxmaq, ondan ucuz silahlar dilənmək zorundadır. Lakin Rusiya silahı elə-belə yox, satellit Ermənistanın ona sadiq qalacağına möhkəm zəmanətin qarşılığında verir. Paşinyan və komandası isə öz hərəkətləri ilə artıq Moskvada ciddi şübhələr yaradıb.

Armen Qriqoryan ile ilgili görsel sonucu

Xüsusən də NATO-ya yaxınlaşmaq məsələsində o, Kremli əməllicə qıcıqlandırıb. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi, “Qərbin kadrı” sayılan Armen Qriqoryan isə bu günlərdə “Kommersant” qəzetinə müsahibəsində Moskvanı guya sakitləşdirmək üçün Alyansla yaxınlığı belə izah edib: “Azərbaycan zabitləri NATO üzvü olan Türkiyədə təhsil alırlar. Biz NATO ilə əməkdaşlıq eləməklə həm bu strukturu, həm də Azərbaycan ordusunun necə fəaliyyət göstərdiyini başa düşmək istəyirik”.

*****

Paşinyan ile ilgili görsel sonucu

Bir yandan, haqlı təlaşdır. O biri yandan baxırsan ki, yeni erməni rəhbərliyi nə istədiyini deyəsən, heç özü də bilmir. Kreml isə əskinə, çox yaxşı bilir. “Qərbçi” Paşinyan iqtidarına ən böyük təhlükə də budur - Moskvanın mümkün revanşı.

Artıq bunu yeni hökumətin qızğın təbliğatçısı olan yerli erməni KV-ləri də anlamağa başlayıb. Eyni zamanda bu KİV-lərdə Paşinyan hökumətinə qarşı tənqidin dozası artmaqdadır.

“Vəziyyət elə gətirib ki, Ermənistanı getdikcə daha tez-tez Ukrayna ilə müqayisə ediləcək. Söhbət təkcə Rusiyanın atacağı oxşar addımlardan getmir. Həm də Ukraynadakı kimi Ermənistanda da yeni hakimiyyətə ümumxalq sevgisinin  dərin məyusluqla əvəz oluna bilməsindən gedir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü nəşrlərdən sayılan armenianreport.com-un dünənki baş məqaləsində bildirilir.

Məqalədə ardınca deyilir: “Nikol Paşinyan da hakimiyyətə Viktor Yuşşenko hakimiyyətə gələn kimi - dəyişikliklərə böyük ümid dalğasında gəldi. Lakin bizim bəlamız ondadır ki, bütün əsaslar var ki, güman edək: Paşinyan öz finalı məsələsində Yuşşenko yolu gedir. Hələ ki buna az inanılır, ona görə ki, Paşinyanın reytinqi yüksəkdir. Lakin bizim həyatımızda hər şey keçicidir. Xüsusən də o vaxt ki, xalq yaxşıya sürətli dəyişikliklər görmür. Bu dəyişikliklər isə, etiraf eləmək nə qədər qəmli belə olsa, həqiqətən yoxdur gözə dəymir”.

Məqalə müəllifinə görə, üstəlik, köhnə hakimiyyət “təkərlərin arasına ağac soxur”, yerlərdə islahatların gedişini tormozlayır. “Köhnə hakimiyyət həmçinin, taladığı kapitalı Ermənistandan çıxarmaqla ölkənin maliyyə sabitliyini zəiflədir. Bürün bunları da hamı görür. Hadisələrin bu cür inkişafı ölkədəki iqtisadi situasiyanı pisləşdirməklə yanaşı, həm də yeni hakimiyyətə qarşı şübhələrə yol açır: yəni niyə hökumət böyük vəsaitlərin ölkədən çıxarılmasına imkan verir”, - deyə nəşr həyəcan təbili çalır.

“Paşinyan elə də təmiz adamlarla əhatə olunmayıb. Və onlar yekunda Ermənistanın indiki baş nazirini Ukraynada Yuşşenkonu tuş gəldiyi finala gətirə bilərlər. O zaman Ermənistan üçün hadisələrin bu cür sonluğu dəhşətli olacaq” - məqalənin sonunda qeyd edilir.

*****

Buna biz də şübhə eləmirik. Paşinyan iqtidarı üçün geri sayım artıq başlayıb. Bir azdan erməni inqilabı öz “balalarını” bir-bir yeyəcək. Erməni xalqının fiziki varlığı, sadəcə, bunu diktə edəcək...   






Fikirlər